Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, son günlər keçirilən “Açıq qapı” günləri və digər bayram tədbirlərində iştirak edən minlərlə vətəndaşlarımız, dövlət, qeyri-hökumət və ictimai təşkilatların nümayəndələri, o cümlədən valideynlər hərbi hissələri ziyarət edərkən burada yaradılan sosial-məişət şəraitindən və təminatdan məmnun qalır, razılıqlarını bildirirlər.
Silahlı Qüvvələrimiz dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, həmçinin ərzaq, əşya, eləcə də digər təminatının daha da yaxşılaşdırılması üçün böyük işlər görülüb və bu istiqamətdə tədbirlər davam etdirilir. Müdafiə Nazirliyinin məlumatında deyilir: “Bu gün Ordumuzun təminatla bağlı heç bir problemi yoxdur. Hərbi hissələrdə olarkən hər kəs bu istiqamətdə əldə etdiyimiz uğurların şahidi olur. Bunu nəzərə alaraq bildiririk ki, hərbi hissələrə ziyarət təşkil edilərkən əsgər normasından artıq və israfçılığa səbəb olacaq təminat vasitələrinin toplanılmasına və gətirilməsinə ehtiyac yoxdur.
Xalqımızın səmimi münasibəti, mənəvi dəstəyi, hərbi vətənpərvərlik tədbirləri şəxsi heyətin döyüş ruhunun, qələbə əzminin daha da möhkəmlənməsinə yetərlidir. Əsgərlərimizə mənəvi dəstək olan hər kəsə dərin minnətdarlığımızı bildiririk”.
Baxış sayı: 1 615
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

