FACT-INFO.AZ » XƏBƏR » Afrin qələbəsi ilə bağlı Türkiyə səfirliyinin önündə aksiya
19-03-2018, 21:30 | XƏBƏR
Afrin qələbəsi ilə bağlı Türkiyə səfirliyinin önündə aksiya

Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyanın Afrin bölgəsində qazandığı əzmkar qələbə münasibəti ilə Bakıda Türkiyə səfirliyinin qarşısında aksiya keçirilib. “Qardaşlığımız Əbədidir” platformunun təşkilatçılığı ilə baş tutan aksiyada platformanın üzvü olan təşkilatlar, Qarabağ qaziləri, şəhid valideynləri, ümumilikdə 50 nəfərə yaxın şəxs iştirak edib.

İştirakçılar səfirliyin qarşısına "Qarabağ-Afrin-Türkiyə" şüarını səsləndirərək gəliblər. Aksiyada ilk olaraq çıxış edən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, Azərbaycan hər zaman Türkiyənin yanındadır: “İnşallah bu bayraqlar Xankəndində, Şuşada və eləcə də dünyanın bir çox yerlərində dalğalanacaq. 21-ci əsr türkün əsridir. Türk mehmetcikləri göstərdi ki, ədalətli müharibə necə olur. Onlar sübut etdilər ki, necə savaş aparmaq olar. Bir nəfər də olsa mülki əhalinin burnu qanamadan o boyda ərazi qısa zaman kəsiyində azad edildi. Buranı Əfqanıstana, Veytnama bənzədirdilər, ancaq nəticəni görüb, məyus oldular. Türk ordusu qəhrəmanlığın nümunəsidir. Eşq olsun Türkiyəyə”.

Daha sonra Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Erkan Özoral da iştirakçılar qarşısına çıxıb, onlara dəstək aksiyalarına görə öz təşəkkürünü bildirib: “Hər biriniz xoş gəlmisiniz. İnşallah, türkün düşməni Afrində cavabını aldığı kimi bundan sonra da hər yerdə almağa davam edəcək. Çünki biz bilirik ki, Allah doğruların yanındadır. Türkiyənin tutduğu yol da doğru yoldur. Türkiyə ancaq özünü müdafiə etmək istəyir. Buna görə də biz hər zaman müzəffər olacağıq. Allah əsgərimizə, ordumuza qüvvət versin və bizi –Türkiyə və Azərbaycanı hər zaman bir yerdə tutsun. Çünki bizim gücümüz sizin gücünüz, sizin gücünüz isə bizim gücümüzdür. Birlikdə daha qüvvətli olacağıq, daha da irəlilərə gedəcəyik. Hər biriniz çox sağ olun”.

Daha sonra çıxış edən Dünya Gənc Türk Yazarlar birliyinin sədri Əkbər Qoşalı bildirib ki, dünya səviyyəsində qəbul edilmiş belə bir fikir var ki, Birinci Dünya Müharibəsində Çanaqqalada gedən döyüşlərdə Osmanlı imperiyası dünyanın sonuncu alicənab müharibəsini aparıb: “Osmanlı ordusu müharibədə qızıl ləyaqət göstərib. Biz, ərazisi işğal altında olan dövlətin nümayəndəsi kimi yaxşı bilirik ki, müharibədə qızıl ləyaqət göstərmək nə deməkdir. İşğalçı Ermənistanın özünün dünyadakı havadarlarına arxalanaraq xüsusilə də Xocalı soyqırımını törədən zaman bəşəriyyətə hansı insanlıq dramını yaşatdığını yaxşı bilirik. Bu mənada Afrində də türk ordusunun qızıl ləyaqəti bir daha təkrar etməsi bu hərəkata xüsusi anlam verir. Türk, əsrlər öncə olduğu kimi əsrlər sonra da ləyaqətlə müharibə aparır. Baxın, türk ordusu budur.Ona görə də biz Türkiyə ordusu var olsun dediyimiz zaman əslində insanlığın var olmasını istəyirik. Hər birimizi təbrik edirəm”.

Qeyd edək ki, “Qardaşlığımız Əbədidir” adlı təşkilat komitəsi 2018-ci ilin fevral ayında Azərbaycan Respublikasının bir qrup qeyri-hökumət təşkilatı tərəfindən yaradılıb. Təşkilat komitəsinin ilk tədbiri Türkiyənin terrorla mübarizə məqsədilə Suriyanın Afrin bölgəsində “Zeytun Budağı” adlanan hərbi hərəkatına dəstək məqsədilə 17 fevral 2018-ci il tarixində baş tutub. Tədbir Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarətlə başlayıb daha sonra Gəncliyə Yardım Fondunda rəsmi hissə ilə davam edib. Tədbirin sonunda qəbul olunmuş bəyanat təşkilat komitəsinin nümayəndələri tərəfindən Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Erkan Özorala təqdim edilib.




Baxış sayı: 1 623
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30