FACT-INFO.AZ » XƏBƏR » Əcnəbi media Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən yazıb
30-10-2015, 09:35 | XƏBƏR
Əcnəbi media Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən yazıb

Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalə ölkəmiz əleyhinə yalan və qərəzli fikirlərin yer aldığı, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin təhrif edildiyi “İtirilmiş tarix” adlı ermənipərəst məqaləyə cavab olaraq yazılıb. Məqalədə qeyd edilən ermənipərəst yazının beynəlxalq tanınma üçün milli futbol komandasına ümid bəsləyən qondarma Dağlıq Qarabağ rejiminin məkrli niyyətlərinə xidmət etdiyi oxucuların diqqətinə çatdırılıb. Habelə qərəzli məqaləyə cavab olaraq dünya xəritəsində “Dağlıq Qarabağ” adlı bir dövlətin mövcud olmadığı və məhz bu səbəbdən tanınmamış qondarma bir rejimə məxsus futbol komandasının beynəlxalq futbol arenasına çıxa bilmədiyi izah edilib. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan qoşunları tərəfindən işğal edildiyi və nəticədə 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi vurğulanıb.

Daha sonra Azərbaycanın işğal edilmiş ərazilərində mülki əhaliyə qarşı törədilmiş insanlıq əleyhinə cinayətlərdən bəhs edilərək, Xocalı şəhərinin bir gecədə yer üzündən silindiyi, şəhər əhalisinin soyqırımına məruz qaldığı, işğal olunmuş ərazilərdə tarixi və mədəniyyət abidələrinin məhv edildiyi, münaqişə nəticəsində 30 minə yaxın vətəndaşımızın həlak olduğu diqqətə çatdırılıb. Həmçinin Ermənistanın işğalçı qoşunların Azərbaycanın zəbt edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi və digər beynəlxalq çağırışlara məhəl qoymadığı, işğal faktının davam etməsi ilə regionumuzda sülh və təhlükəsizliyə ciddi təhlükə yarandığı bəyan edilib. Məqalədə, həmçinin işğalçı qüvvələrin müxtəlif təbliğati vasitələrə əl atmaq və faktları saxtalaşdırmaqla münaqişənin əsl mahiyyəti barədə beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi güddüyü diqqətə çatdırılıb. Məqalədə bir zaman bütün qaçqın və məcburi köçkünlərin şərəf və ləyaqətlə öz doğma yurdlarına qayıdacağına ümid ifadə olunaraq, yalnız bundan sonra mehriban qonşuluq mühitində Dağlıq Qarabağın erməni əhalisi ilə birgə bu regionun bütöv mədəni müxtəlifliyini özündə təcəssüm etdirən vahid futbol komandasının yarana biləcəyi qeyd olunub.

 

 




Baxış sayı: 2 323
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30