FACT-INFO.AZ » XƏBƏR » Şura 2018-ci il birinci qrant müsabiqəsinin nəticələrini təsdiqləyib
5-03-2018, 22:05 | XƏBƏR
Şura 2018-ci il birinci qrant müsabiqəsinin nəticələrini təsdiqləyib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədrinin müavini Vüsal Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın 2018-ci il birinci qrant müsabiqəsinin nəticələri, “Hasilat Sənayesində Şəffaflıq” prosesində QHT-lərin iştirakı mövzusunda qrant müsabiqəsinin yekunları, Şuranın 2018-ci il fəaliyyət planı, Şuranın 2018-ci il ikinci qrant müsabiqəsinin elan edilməsi haqqında məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2018-ci il birinci qrant müsabiqəsi ilə bağlı Şuranın elektron resursuna 651 daxil olmanın qeydə alındığını, onlardan 647 təşkilatın layihə təqdimetmə mərhələsində iştirak etdiyini, 53 təşkilatın texniki şərtlərlə bağlı yol verdiyi qüsurlara görə prosesdın kənarda qaldığını, 594 layihənin isə ekspertizaya göndərildiyini bildirib.

İcraçı direktor ötən ilin 7 dekabrında “Hasilat Sənayesində Şəffaflıq” (HSŞ) prosesində QHT-lərin iştirakı mövzusunda qrant müsabiqəsi elan edildiyini, bununla bağlı Şuraya 24 müraciətin daxil olduğunu deyib. F.Qurbanov 444 təşkilatın 2018-ci il birinci qrant müsabiqəsində, 19 təşkilatın isə HSŞ müsabiqəsində (cəmi 463) tələb olunan ekspert balını topladığını bildirib. Fərasət Qurbanov Şuranın 2018-ci il fəaliyyət planı haqqında da ətraflı məlumat verib. Katibliyin icraçı direktoru Şuranın 2018-ci il ikinci qrant müsabiqəsinin mövzuları, prosedurları, şərt və qaydaları haqqında da geniş məruzə edib.

Vüsal Quliyev QHT-lərin ölkənin ictimai həyatında fəal iştirak etdiyini qeyd edərək 2018-ci il birinci qrant müsabiqəsinə müraciət edən QHT-lərin layihələrinin 80%-nin ekspert ballarının müsbət olmasının təqdirəlayiq olduğunu bildirib. O həm yeni yaranan, həm də təcrübəli QHT-lərin cəmiyyət üçün faydalı təşəbbüslərlə çıxış etdiyini vurğulayıb. Şura üzvləri Şahin İsmayılov, Rufiz Qonaqov, Sahib Məmmədov, Emin Həsənli, Əliməmməd Nuriyev, Nərgiz Xələf və Anar Xəlilov çıxış edərək gündəlikdə dayanan məsələlərlə bağlı təkliflərini bildiriblər.

Şura 2018-ci il birinci qrant müsabiqəsinin, “Hasilat Sənayesində Şəffaflıq” prosesində QHT-lərin iştirakı mövzusunda qrant müsabiqəsinin nəticələrini və qurumun 2018-ci il fəaliyyət planını təsdiq edib. İclasda həmçinin 2018-ci il ikinci qrant müsabiqəsinin elan edilməsi haqqında da qərar qəbul edilib. Yuxardı qeyd olunan hər iki qrant müsabiqələrinin nəticələri və 2018-ci il ikinci qrant müsabiqəsinin mövzuları ilə Şuranın internet saytları (www.cssn.gov.az, www.qhtxeber.az və www.e-qht.az) vasitəsi ilə tanış ola bilərsiniz.




Baxış sayı: 1 852
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30