FACT-INFO.AZ » XƏBƏR » Parisdə erməni lobbisi Xocalı soyqırımı ilə bağlı tədbirin keçirilməsinə mane olmağa çalışıb
3-03-2018, 10:00 | XƏBƏR
Parisdə erməni lobbisi Xocalı soyqırımı ilə bağlı tədbirin keçirilməsinə mane olmağa çalışıb

Parisin tarixi Notr-Dam-de-Blan-Manto kilsəsində Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə anım konserti təşkil olunub. Tədbir Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

“Report”un Qərbi Avropa bürosu xəbər verir ki, bu ölkədə fəaliyyət göstərən güclü erməni lobbisi tədbirə müdaxilə etməyə çalışsa da , buna nail ola bilməyib. Əraziyə təhlükəsizlik məqsədi ilə iki polis maşını və 15-ə yaxın asayiş keşikçisi cəlb olunub. Erməni təxribatçıları tədbiri pozmaq üçün öz musiqilərini səsləndirmək istəsələr də, bunun qarşısı polislər tərəfindən alınıb.

Tədbirə gəlincə, anım konsertində Eyyub Quliyevin rəhbərlik etdiyi Helios orkestrinin ifasında Azərbaycan və Qərb klassik musiqisinin dahi simalarının əsərləri səsləndirilib. Mərasimdə fransalı deputat Andre Vilye, Türkiyənin Fransadakı səfiri İsmayıl Haqqı Musa və digər rəsmi şəxslər iştirak ediblər. Anım mərasimini açan Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev Xocalı soyqırımının törədilmə səbəbləri, dinc azərbaycanlı əhaliyə qarşı edilən amansızlıq, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrindən danışıb. Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, sabiq deputat Fransua Mansel çıxışında bildirib ki, Xocalı soyqırımı qurbanlarının xatirəsi daim qəlbimizdə yaşayacaq. F. Mansel Fransanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, ədalətli şəkildə həll olunması naminə daha aktiv fəaliyyət göstərməli olduğunu vurğulayıb.

Konsertdə Qara Qarayevin “Funeral Ode”, Fikrət Əmirovun “A la mémoire de Nizami” və digər məşhur əsərlərlə yanaşı, gənc azərbaycanlı bəstəkar Etibar Əsədlinin Xocalı qurbanlarının xatirəsinə həsr etdiyi “Exit” əsəri ilk dəfə olaraq səsləndirilib və böyük maraqla qarşılanıb. Skripkada Solen Paidassi, klarnetdə Helios Azurayın ifasında səsləndirilən həzin musiqi əsərlərinə böyük maraqla qulaq asan tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini böyük ehtiramla yad ediblər.




Baxış sayı: 1 649
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30