İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş qırğının 26-cı ildönümü münasibətilə həmin cinayətdə həyatını itirmiş hər kəsin xatirəsini yad edib. Təşkilatın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, baş katib bildirib ki, Xocalı hadisəsi Ermənistan tərəfindən Azərbaycan ərazisinin qeyri-qanuni işğalının nəticəsidir. O, işğal olunmuş Azərbaycan ərazilərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərəkətlərin müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və genosid kimi qiymətləndirildiyi İƏT Xarici İşlər Nazirləri Şurasının əvvəlki sessiyalarında qəbul edilmiş qətnamələrə və islam sammitinin 12-ci iclasının Qahirə Yekun Kommunikesinə istinad edib. Baş katib Azərbaycan Respublikasının öz ərazilərinin işğalına son qoyulması və ərazi bütövlüyünün bərpası istiqamətində təşəbbüslərinə və səylərinə İƏT-in tam dəstəyini bir daha ifadə edib.
Baxış sayı: 1 740
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

