FACT-INFO.AZ » XƏBƏR » Cümhuriyyət qurucuları - Azərbaycan Cümhuriyyəti-100
31-01-2018, 12:05 | XƏBƏR
Cümhuriyyət qurucuları - Azərbaycan Cümhuriyyəti-100

O, 1877-ci ildə Tərtər qəzasının (Sovet dövründə Mirbəşir rayonu adlanırdı) Azad Qaraqoyunlu kəndində anadan olub. Çar Rusiyası XIX əsrin əvvəllərində Qarabağ xanlığını işğal etdikdən və İbrahim xanın (Pənahəli xanın oğlu) nəslindən olanlara mənfi münasibət göstərdiyindən, onların Şuşada yaşaması da qeyri-mümkün olurdu. B.Cavanşir 1890-cı ildə Tiflisdə alman dili təmayüllü Realnı məktəbə daxil olur. Burada o, sonradan 26 Bakı komissarlarına başçılıq etmiş, 1918-ci ilin 31 mart soyqırımında dinc müsəlman əhaliyə zorakılıqlar törətmiş S.Şaumyanla səkkiz ilə yaxın bir yerdə təhsil almışdır. B.Cavanşir Tiflisdə Realnı məktəbi başa vurduqdan sonra Almaniyanın Freyburq şəhərinə gedir və burada dünyada ilk ali-texniki məktəb sayılan Dağ-Mədən Akademiyasında təhsil alır. Qeyd edək ki, o, bu akademiyanın ilk azərbaycanlı məzunu sayılır.

Almaniyada təhsilini bitirdikdən sonra B.Cavanşir İngiltərəyə - Londona gedir, burada ingilis dilində təkmilləşdirmə kursları keçdikdən sonra 1907-ci ildə Bakıya qayıdır. Mükəmməl təhsil alan B.Cavanşirin alman, ingilis, fransız, rus, gürcü və erməni dillərini bilməsi haqqında məlumatlar vardır. Onun erməni dilini, müəyyən dövrlərdə işinə və fəaliyyətinə kömək etdiyi S.Şaumyandan öyrənməsi də qeyd olunur. Onların müəyyən münasibətlərinin olması faktlarına isə Dubinskiy - Muxadzenin 1986-cı ildə nəşr edilən "Şaumyan" kitabının 13, 108-ci səhifələrində rast gəlmək mümkündür.

B.Cavanşir Bakıya qayıtdıqdan sonra Şibayevin neft mədənlərində işləməyə başlayır. O, bu dövrdə ictimai fəaliyyətini də genişləndirir. Milyonçu H.Z.Tağıyevin başçılıq etdiyi Müsəlman Xeyriyyə Cəmiyyətinin rəhbərliyinə seçilir, Rusiyada və Avropada təhsil alan bir neçə azərbaycanlı gəncə təqaüd verir, bəzi qəzetlərə də yardımlar edir. 1920-ci ildə Bakıda rus dilində çapdan çıxan "Zaqafqaziyada rus siyasətinə dair sənədlər kitabında aydın olur ki, B.Cavanşir Ə.Ağayevin (Ağaoğlunun) 1905-ci ildə gizli yaratdığı "Difai" Təşkilatının Mərkəzi Komitəsinin üzvü olub. O, eyni zamanda "Nicat" Cəmiyyətinin, "Rusiya Texniki Cəmiyyəti"nin üzvü olub. Bu cəmiyyətin elmi əsərlərində onun çoxlu məqaləsinin çap olunduğu qeyd edilir.

1907-ci ilin avqustun 28-də Cavanşir qəza rəisinin Daxili İşlər Nazirliyinə yazdığı məlumatda "Xeyriyyə cəmiyyəti pərdəsi" altında gizli fəaliyyət göstərən "Difai" antidövlət komitəsinin rəhbərləri Əhməd bəy Ağayev, Qara bəy Qarabəyov, Məhəmməd Həsən Hacınski, İsa bəy Aşurbəyov, Behbud bəy Cavanşirski və Niftalı bəy Behbudovun adları qeyd olunub. Məlumatda bu ziyalıların Behbud xanın Azad Qaraqoyunlu kəndindəki evinə yığılmasından xəbərdar olduqları bildirilir.

Qeyd edək ki, B.Cavanşirin doğulduğu bölgə Cavanşir qəzası adlanırdı və qəza Çar Rusiyasının 1873-cü ildəki müvafiq qanununa uyğun olaraq təşkil edilmişdi, Mərkəzi Tərtər sayılırdı. Cavanşir qəzası AXC dövründə Yelizavetpol (Gəncə) quberniyasının tərkibində inzibati-ərazi vahidi idi. Bu bölgədə çar üsul-idarəsinə qarşı əhalinin tez-tez etiraz çıxışları olmuş, 1917-ci ildə çarizmin devrilməsindən sonra ermənilər burada yaşayan müsəlmanlara qarşı zorakılıqlar törətmişlər. 1917-ci ilin sonlarında ermənilərin bu bölgədəki kəndlərə hücumunun qarşısının alınmasında keçmiş "difai"çilərin ciddi rolu olmuşdu.

Qeyd edək ki, B.Cavanşir yüksək savada malik sənaye mütəxəssisi idi. Onun çar Rusiyası dövründə aksiyalara malik olması və bu baxımdan neft sənayeçiləri arasında yaxşı tanındığı qeyd olunmaqdadır. O, dəfələrlə neft sənayeçiləri qurultayının icraiyyə komitəsinin sədri seçilib. B.Cavanşir 1917-ci ilin Fevral - burjua inqilabından sonra yaradılan Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilir. 1918-ci ildə Bakıda baş verən Mart soyqırımının qarşısının alınmasında B.Cavanşir böyük səylər göstərir və yaradılmış barışıq komitəsinin üzvü idi. B.Cavanşir 1918-ci ilin iyunun 17-də F.X.Xoyskinin yaratdığı hökumət kabinəsində daxili işlər naziri vəzifəsini tutur. O, bu sahədə də ciddi işlər görməyə başlayır. Həmin dövrdə onun təşəbbüsü ilə neft mədənlərini mühafizə edən Bakı şəhər polisinin maaşları neftdən gələn gəlirin üç faizi hesabına ödənilirdi.

Azərbaycanda Daxili İşlər Nazirliyi sisteminin formalaşmasında B.Cavanşirin xidmətləri danılmazdır. Məhz onun xidməti əsasında nazirlik Azərbaycan polis sisteminin inkişaf edib, xalqın milli maraqlarının qorunmasında ciddi rol oynadı. B.Cavanşirin təqdimatı əsasında Azərbaycan hökuməti 1918-ci ilin iyunun 2-də Gəncə quberniyasının 9 qəzasında polis orqanlarının təsisi ilə bağlı qərar verdi.

Qeyd etdiyimiz kimi, B.Cavanşir Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri olarkən ölkədə vəziyyət çox ağır idi. O dövrdə Azərbaycan hökuməti Gəncədə yerləşirdi və Bakıya daxil olmaq qeyri-mümkün idi. Gəncədə yerləşən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa ilə ağır danışıqlar gedirdi. Azərbaycanın İstiqlalı M.Ə.Rəsulzadənin fikrincə "sözlə" elan edilsə də, reallaşmaq imkanı çox mürəkkəb idi. Əsas problemlərdən biri - Bakının alınması və hökumətin orada fəaliyyətə başlaması idi.

Belə bir vəziyyətdə ölkədə ictimai asayişi qorumaq, qayda, intizam yaratmaq tələb olunurdu. Bu gerçəkliyi əsas götürən F.Xoyski hökuməti ciddi qərar qəbul etmək məcburiyyətində qalmışdı. 1918-ci ilin iyunun 23-də Nazirlər Şurasının sədri F.Xoyskinin və daxili işlər naziri B.Cavanşirin imzaladığı qərarla ölkədə hərbi vəziyyət elan edildi.

"Hökumət məlumatı" başlıqlı qərarda yazılırdı: "Azərbaycan Respublikası hökuməti, xarici vəziyyət və ölkədə böyük daxili anarxiyanın, fövqəladə şəraitin yarandığını diqqətə alıb, bütün Azərbaycan ərazisində fövqəladə vəziyyət elan edir və Daxili İşlər Nazirliyinə Qafqaz İslam Ordusunun Baş Komandanı ilə razılaşma əsasında buna uyğun məcburi qərar hazırlamağı tapşırır.

23 iyun 1918-ci il. Elizavetpol şəhəri. Nazirlər Şurasının sədri F.Xoyski, daxili işlər naziri B.Cavanşir, Hökumətin İşlər müdiri R.Xoyski". Azərbaycanın daxili işlər naziri olan B.Cavanşir Nuru Paşa ilə razılaşma əsasında bu qərarı həyata keçirmək məcburiyyətində idi. 1918-ci ilin sentyabrın 15-də Bakı şəhəri Qafqaz İslam Ordusu tərəfindən azad edildikdə, B.Cavanşir daxili işlər naziri vəzifəsini icra edirdi. Bu - çox ağır bir dövr idi. O, qısa bir müddətdə Bakı şəhərində qayda-qanun yaradılmasında, ictimai asayişin qorunmasında mühüm tədbirlər gördü.

1918-ci ilin sentyabrın 18-dən Azərbaycan hökuməti Bakıda fəaliyyətə başladı. B.Cavanşirin başçılıq etdiyi Daxili İşlər Nazirliyi "Metropol" mehmanxanasının binasında (indiki Nizami adına Ədəbiyyat Muzeyinin binası) yerləşirdi. O, daxili işlər naziri olarkən, İçərişəhərdə Polis müdavimləri hazırlayan məktəb açılır və burada 1200-ə qədər müdavimin təhsili planlaşdırılırdı.

Behbud xan Cavanşir F.X.Xoyskinin başçılıq etdiyi II hökumət kabinəsində (17.06.1918 - 07.12.1918) bitərəf olaraq daxili işlər naziri vəzifəsində 1918-ci ilin oktyabrın 6-na qədər işlədikdən sonra, həmin dövrdə baş verən kabinədaxili dəyişikliklərdən sonra, eyni zamanda Ticarət, Sənaye və daxili işlər naziri olaraq çalışmışdır. Yəni əslində iki nazirliyin işini o, 1918-ci ilin 26 dekabrına qədər yerinə yetirmişdir. B.Cavanşir bu vəzifədə olarkən, Azərbaycan üçün ciddi əhəmiyyət daşıyan sənədlərə imza atmışdır.

1918-ci ilin noyabrın 28-də Azərbaycan Cümhuriyyəti hökuməti ilə Şimali Qafqazın Dağlı Xalqları İttifaqı Respublikası arasında tarixi müqavilə bağlanır. Həmin müqaviləni Azərbaycan hökuməti adından ticarət və sənaye naziri Behbud xan Cavanşir və maliyyə naziri Məhəmməd Həsən Hacınski, Dağlı Xalqları Respublikası tərəfdən Bahadur bəy Molaçixan və İbrahim bəy Heydərov imzalayır. Müqavilədə aşağıdakı bəndlər var idi: 1) Şimali Qafqazın Dağlı Xalqları İttifaqı Respublikası Azərbaycan Cümhuriyyətindən faizsiz olaraq iki il müddətinə on milyon rubl faizsiz pul alır və bu ilin noyabrın 1-dən qaytarılmasına başlayır; 2) Dağlı Xalqları İttifaqı Respublikasının əkinçilik rayonlarında hakimiyyəti reallaşdırarsa, bu respublika öz borcunu hazırkı müqvilənin 3 və 4-cü bəndlərinə uyğun olaraq buğda ilə əvəz edib ödəyə bilər; 3) Respublikaların razılaşmış hər iki şəxsindən biri bir şəxsi təyin edir və sonuncular öz aralarında razılaşma əsasında üçüncü şəxsi seçir və bu üçlük komissiya formalaşdırır; 4) Bu müqavilənin 3-cü bəndinə əsasən komissiya müqavilənin müvafiq bəndləri üzrə Azərbaycan Cümhuriyyətinə veriləcək buğdanın növünü və çörəyin qiymətini müəyyənləşdirir..."

Nəsiman YAQUBLU tarix elmləri doktoru




Baxış sayı: 3 455
Beynəlxalq Muğam Mərkəzində tanınmış yazıçı-dramaturqun yaradıcılıq gecəsi keçirilib Dünən, 21:00 Hakan Fidan: Türkiyə və ABŞ liderləri arasındakı dostluq NATO-ya kömək edə bilər Dünən, 18:30 Leyla Aliyeva attends opening of individual exhibition and tree-planting campaign in Gabala Dünən, 17:30 Prof.Fərrux Rüstəmov: ”Laçının elmlər doktorları və dövlət xadimləri” kitabı Laçın rayonunun elmi-siyasi elitasına ucaldılan mənəvi abidədir” Dünən, 15:00 BMT Azərbaycanla tərəfdaşlığın gücləndirilməsində maraqlıdır Dünən, 14:30 Azərbaycanın rəqəmsal inkişaf strategiyası ölkəni regional texnologiya mərkəzinə çevirəcək Dünən, 13:30 Dağıdıcı imperiya iddiaları müasir dünya üçün təhlükədir Dünən, 13:00 Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə bağlı komissiya fəaliyyətə başlayıb Dünən, 11:30 Bu gün regionumuzun davamlı sülhə nail olmaq üçün real imkanı var Dünən, 10:00 Kiyevə kütləvi hava zərbələri endirilib Dünən, 09:30 Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb Dünən, 08:00 Nəsib bəy Yusifbəylinin ölümü: tarixi-siyasi şərait və onun Azərbaycan dövlətçiliyinə təsiri 5-07-2026, 18:00 Ukrayna Prezidenti: Müharibəni başa çatdırmaq üçün real perspektiv var 5-07-2026, 11:00 Dövlət başçısı: "Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar" 5-07-2026, 10:30 Türk Akademiyası Monqolustanda qədim türk irsinin tədqiqini davam etdirir 5-07-2026, 08:30 Rəcəb Tayyib Ərdoğan: Münaqişələrin davamlı həlli region ölkələrinin iradəsi və dəstəyi ilə mümkündür 4-07-2026, 18:30 Birinci Türkoloji Qurultayın 100 illiyi və Əli bəy Hüseynzadənin irsi elmi seminarda müzakirə olunub 4-07-2026, 16:00 Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur 4-07-2026, 13:00 “Türk Dünyası Həftəsi”nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər 3-07-2026, 21:00 Dutch portal highlights Azerbaijan-Armenia peace process 3-07-2026, 18:00 “Qərbi Azərbaycan irsinə dair tədqiqatları davam etdirmək hədəfimizdir” 3-07-2026, 17:00 Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət 3-07-2026, 16:30 Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib 3-07-2026, 13:30 Dənizçi şair Səxavət Ənvəroğlunun növbəti kitabı işıq üzü görüb 3-07-2026, 11:30 "Türk Dünyası Həftəsi"nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar 3-07-2026, 11:00 Azərbaycanın HHQ komandanı Türkiyədə rəsmi səfərdədir 3-07-2026, 11:00 Kiyevdə hava zərbəsindən ölənlərin sayı 30-a çatıb, dağıntıların təmizlənməsi davam edir 3-07-2026, 10:30 UNEP-in icraçı direktoru: Azərbaycanda ətraf mühitin qorunması naminə çalışan gənclərin enerjisi böyük ümid verir 3-07-2026, 10:30 Akademik Hüseyn Əhmədovun 100 illik yubileyinə həsr olunmuş toplantı keçirilib 3-07-2026, 10:00 Selçuk Bayraktar: Növbəti 30 ildə pilotsuz aparatlar hərbi təyyarələri əvəz edəcək 2-07-2026, 20:00
Köşə yazarları
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031