FACT-INFO.AZ » XƏBƏR » Rövşən Rzayev: Ermənilərin əsir götürdüyü azərbaycanlıların 29-u uşaqdır
26-01-2018, 07:15 | XƏBƏR
Rövşən Rzayev: Ermənilərin əsir götürdüyü azərbaycanlıların 29-u uşaqdır

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 2017-ci il sentyabrın 1-nə olan statistikasına görə, itkin düşmüş 3868 azərbaycanlıdan 3126-sı hərbçi, 742-si isə mülki şəxs olub. Mülki şəxslər arasında 62 uşaq, 262 qadın və 302 yaşlı insan olub. Bundan əlavə, əldə edilən məlumata əsasən itkin düşmüş 3868 nəfərdən 872-si erməni hərbçiləri tərəfindən əsir və girov götürülüb. Onlardan 591-i hərbçi, 281-i isə mülki şəxsdir. Bu mülki şəxslərin arasında 29 uşaq, 98 qadın və 111 yaşlı insan var.

Bu faktlar “Silahlı münaqişələrdə uşaqların müdafiəsi” adlı məruzə ilə bağlı müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayevin çıxışında səslənib. R.Rzayev qeyd edib ki, uşaqlar gələcəyimizdir və bu gün onlara göstərdiyimiz qayğı gələcək, stabil inkişaf edən dünyamıza investisiyadır. Məruzədə İraq, Suriya, Yəmən, Myanma kimi ölkələrdə uşaqların kütləvi olaraq silahlı münaqişələrə cəlb edilməsinə toxunulduğunu vurğulayan deputat belə ölkələrdə uşaqların zorakılıqdan, ölümdən praktiki müdafiəsinin olmamasını diqqətə çatdırıb. Bildirib ki, hər bir silahlı münaqişədə uşaqlar zorakılıq və ölümə məruz qalan ən zəif təbəqədir. Aldıqları travmalar ömürləri boyu onları təqib edir və onlarda zorakı davranışlar adəti yaradır.

Avropada dondurulmuş, həllini gözləyən və postmünaqişə zonalarında da uşaqların vəziyyətindən danışan deputat deyib: “Gələcək nəsillərimizi qorumaq, onlara problemlər qoymamaq üçün məruzədə təklif olunduğu kimi, silahlı münaqişələrin sülh yolu ilə həlli üçün Avropa ölkələrinin öhdəlikləri ilə bağlı söylənilən fikirləri dəstəkləyirəm. Suriyada qətlə yetirilmiş 5 yaşlı Omran Dakşenanın taleyi bir daha göstərir ki, münaqişələrin, müharibələrin qurbanları məsum uşaqlardır, onlar belə şəraitdə yaşayaraq hərbi həyata adət edirlər. Əminəm ki, biz təqdim olunan məruzəni yekdilliklə dəstəkləyəcəyik”.




Baxış sayı: 1 798
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30