FACT-INFO.AZ » XƏBƏR » Göyçayda “Vətən Sizə oğul dedi!” devizi altında tədbir keçirildi
18-01-2018, 19:45 | XƏBƏR
Göyçayda “Vətən Sizə oğul dedi!” devizi altında tədbir keçirildi

Yeni Azərbaycan Partiyası Göyçay rayon Təşkilatı və “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin birgə təşkilatçılığı ilə Göyçay şəhərində “Vətən Sizə oğul dedi!” devizi altında tədbir keçirildi. Tədbir iştirakçıları öncə Dünya şöhrətli siyasətçi Heydər Əliyevin rayon mərkəzindəki abidəsini və Şəhidlər xiyabanını ziyarət etdilər. Daha sonra tədbir Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon Təşkilatının akt zalında davam etdirildi.

Tədbiri Göyçay rayon İcra Hakimiyyəti Başçısının müavini Zivər Zeynalova açdı. Azərbaycanın Dövlət Himni səsləndi, Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olanların xatirəsi 1 dəq.sükutla yad olundu.

“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “fact-info.az”, “xebertv.az”, “tereqqi.az” saytlarının redaktoru, “Ana harayı” qəzetinin baş redaktoru, “Tərəqqi” medalının mükafatçısı Şamil Sabiroğlu Respublikamızın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlər zamanı şəhid olan hər bir soydaşımızın xatirəsinin Azərbaycanın dövlət orqanları tərəfindən əziz tutulduğunu diqqətə çatdırdı. Şamil müəllim qeyd etdi ki, 1990-cı il yanvar ayının 19-dan 20-ə keçən gecə keçmiş SSRİ-yə məxsus hərbçilər tərəfindən Respublikamızın şəhər və rayonlarında həlak olan insanlar Azərbaycan xalqının qaymaqlarından idi. O, dedi: -Şəhid və qazilər millətimizin baş tacıdır. Bu gün bütün əhali-imkanlı da, kasıb da yaşadığı əlavə ömrə görə Allaha və döyüşçülərimizə borcludur.

YAP-ın Göyçay rayon Təşkilatının sədri Sahib Şükürov ölkəmizin ərazi bütövlüyü uğrunda əziz canlarından keçmiş şəhidləri kimsənin unutmağa haqqı olmadığını qeyd etdi. Natiq Azərbaycanın dövlət orqanları tərəfindən şəhid və itkin ailələrinə göstərilən qayğıdan danışdı.

“Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu”nun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Mərkəzi Aran rayonları üzrə Departamentinin sədr müavini Rauf Mirzəyev, həmin Departamentin İdarə heyətinin üzvü, Azərbaycan, İraq və Türkiyə Yazarlar Birliyinin üzvü, Göyçay şəhər 7 nömrəli tam orta məktəbin direktor müavini, Prezident təqaüdçüsü, şair-publisist Aqil Kəngərli, Azərbaycan Respublikası Dini Qurumlar üzrə Dövlət Komitəsinin nümayəndəsi Rauf Nəsirov, Xocalı sakinləri Elşad və Dürdanə Agayevlər 20 yanvarın Azərbaycanın dövlət müstəqilliyinin bərpası yolunda mayak rolunu oynadığını qeyd etdilər. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələri- Xocalı rayonunun Kosalar kəndindən məcburi köçkün, gənc şair Teymur Əhmədov, Məryəm Qasımova, 5 yaşlı Göyçay şəhər sakini Hüseyn Dadaşov torpaq, Vətən haqda şeirlər söylədilər. Tədbirin sonunda 20 Yanvar faciəsindən bəhs edən videoçarxa baxış oldu.

Şamilə Şamilqızı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi

Fotolar: Qarabağ qazisi Seymur Məmmədova məxsusdur




Baxış sayı: 2 328
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30