FACT-INFO.AZ » XƏBƏR » Cocuq Mərcanlıda humanitar tədbir keçirilib
8-01-2018, 08:45 | XƏBƏR
Cocuq Mərcanlıda humanitar tədbir keçirilib

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində humanitar aksiya keçirib. Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Səyyar Klinikanın Azərbaycanın rayon və şəhərlərində həyata keçirdiyi tibbi aksiyaların mütəmadi xarakter daşıdığını və Prezident İlham Əliyevin səhiyyə sahəsində reallaşdırdığı layihələrin tərkib hissəsi hesab olunduğunu bildirib: “Mərkəz davamlı olaraq respublikanın müxtəlif regionlarında pasiyentlərə səyyar xidmət göstərir. Növbəti aksiya Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndində keçirilir. Məlum olduğu kimi ötən ilin aprelində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində Cocuq Mərcanlı erməni işğalından azad edilib və burada təhlükəsiz həyat təmin olunub.

Prezident İlham Əliyevi işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı xüsusi əhəmiyyətə malikdir və hər kəsin öz üzərinə düşən işi yerinə yetirməsi vacibdir. Bu məqsədlə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşları da Cocuq Mərcanlıya səfər ediblər. Yüksək texnologiyalarla təchiz olunmuş Səyyar Klinika buraya gələrək yerli əhaliyə oftalmoloji-tibbi xidmət göstərmək niyyətindədir. Məqsəd pasiyentlərin səhhəti ilə bağlı problemlərin həll olunmasına kömək göstərməkdir. Bununla yanaşı tibb işçiləri pasiyentlərin göz xəstəlikləri ilə bağlı monitorinqlər apararaq əldə edilən nəticələri müzakirə edib yerindəcə həllinə çalışacaqlar”.

Qeyd edək ki, 2005-ci ildən bəri Səyyar Klinika respublikanın 90 rayon və şəhərlərinə 125 aksiya keçirib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olurlar. Mərkəzin pasiyentlərə regionlarda səyyar xidmət göstərməsi ənənə halı alıb. Cocuq Mərcanlıda keçirilən aksiya zamanı 120-dən çox vətəndaş müayinə olunub.




Baxış sayı: 1 714
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30