FACT-INFO.AZ » XƏBƏR » Veteranlar ölkəmizin inkişafına, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə mühüm töhfə verirlər
28-12-2017, 15:10 | XƏBƏR
Veteranlar ölkəmizin inkişafına, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə mühüm töhfə verirlər

Yola salmağa hazırlaşdığımız 2017-ci il Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı üçün uğurlu hesab edilə bilər. İl ərzində veteranlarımız üçün ən yaddaqalan hadisə alman faşizmi üzərində Qələbənin 72-ci ildönümü münasibətilə Prezident İlham Əliyevin müharibə iştirakçıları ilə görüşü olub. Dövlətimizin başçısı həmişə olduğu kimi, veteranlarla səmimi söhbət edib, onların qayğıları ilə maraqlanıb. Həmin görüşdə veteranlarımız bir daha əmin olublar ki, Azərbaycan dövləti əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş veteranlara diqqət və qayğı siyasətini bundan sonra da uğurla davam etdirəcək. Bu fikirləri Respublika Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov qurumun il ərzindəki fəaliyyəti ilə bağlı müsahibəsində deyib.

Hesabat dövründə təşkilatın yeddinci Plenumunun keçirildiyini və istefada olan general-polkovnik Tofiq Ağahüseynovun Rəyasət Heyətinin sədri vəzifəsinə təsdiq edildiyini xatırladan C.Xəlilov bildirib ki, həmin iclasda qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm qərarlar qəbul olunub. Azərbaycanda veteranların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışan sədr müavini deyib ki, 2017-ci ilin noyabrınadək İkinci Dünya müharibəsi iştirakçılarının sayı 602 nəfər olub. Onlardan 16-nın yaşı 100-dən çoxdur. Hazırda respublikamızda 4742 məhəlli döyüş iştirakçısı, 3340 arxa cəbhə və 21 min 954 Silahlı Qüvvələr veteranı, 133 min 624 əmək veteranı var. Veteranların dul qadınlarının sayı 6683-dür. Veteranlarımızın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bu il Mərdəkandakı Müharibə və Əmək Veteranları Respublika Xəstəxanasında 3786 veteran müalicə kursu keçib.

Qurum itkin düşmüş müharibə iştirakçılarının axtarışı ilə də məşğul olub. Hazırda ölkəmizdə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 13 mindən çox şəxsə əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri verilir. Bundan əlavə, həmin şəxslərin, eləcə də şəhid ailələrinin mənzil və fərdi evlərlə, müharibə əlillərinin isə minik avtomobilləri ilə təmin edilməsi üzrə sosial proqramlar icra olunur. Son iyirmi ildə 3646 nəfər müharibə əlilinə və şəhid ailəsinə mənzil və fərdi ev verilib. Ötən il 450 nəfər müharibə əlili sanatoriya və kurortlara göndərilib.

C.Xəlilov bildirib ki, veteranlarımız Azərbaycan dövlətinin yüksək diqqət və qayğısına cavab olaraq ölkəmizin ictimai-siyasi həyatında, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində fəal iştirak edirlər. Bu istiqamətdə paytaxt Bakı ilə yanaşı, bölgələrdəki ali və orta təhsil müəssisələrində tələbələr, şagirdlər, eləcə də cəbhə bölgəsindəki hərbi hissələrdə şəxsi heyət ilə intensiv görüşlər təşkil olunur, digər tədbirlər həyata keçirilir. Görüşlərdə əsas diqqət gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ordumuzun döyüş ruhunun artırılmasına, yeniyetmə və gənclərin hərbi xidmətə, Vətəni qorumağa daim hazır olmalarına yönəldilib. Bu baxımdan gənclərə ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətləri, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafı, dünyada söz və nüfuz sahibinə çevrilməsi, ordumuzun qüdrəti, şanlı tariximiz, aprel döyüşlərində qazanılan qələbələr ilə bağlı ətraflı məlumat verilir.

Müsahibimiz, həmçinin qeyd edib ki, Azərbaycanın İkinci Dünya müharibəsində iştirakının araşdırılması və təbliği işinə böyük önəm verən qurum bu istiqamətdə çoxşaxəli fəaliyyət həyata keçirir. Belə ki, bu ilin martında Respublika Veteranları Təşkilatında “Azərbaycan Respublikası Xatirə Kitabı”nın 15-ci cildinin təqdimatı olub. Hazırda “Xatirə Kitabı”nın növbəti cildlərinin hazırlanması üzərində iş uğurla davam etdirilir. Təşkilatın Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işində fəal iştirak etdiyini vurğulayan C.Xəlilov deyib ki, veteranlarımız xarici ölkələrdə keçirilən tədbirlərdə Azərbaycanın faşizm üzərində Qələbəyə verdiyi mühüm töhfələrlə yanaşı, Ermənistanın Azərbaycana hərbi təcavüzü və bu işğalın ağır nəticələri barədə də ətraflı söhbət açıblar.

Veteranlarımız ölkəmizlə bağlı, eləcə də cəbhə xəttində baş verən hadisələrə dərhal reaksiya verir, bu məsələlərə dair mətbuatda intensiv çıxışlar edirlər. Veteranlar Təşkilatı bu ilin iyulunda Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı qəsəbəsini minaatan və qumbaratanlarla atəşə tutması nəticəsində 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Allahverdiyevanın həlak olması ilə bağlı işğalçı ölkənin beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymadan cəbhə xəttində müntəzəm surətdə gərginlik yaratmasını, xüsusilə dinc sakinləri hədəfə almaq siyasətini sərt şəkildə pisləyən bəyanatlar verib. Bu bəyanatlar bütün nüfuzlu beynəlxalq təşkilatlara göndərilib.

Gələn ilin Azərbaycan, o cümlədən Respublika Veteranlar Təşkilatı üçün mühüm hadisələrlə əlamətdar olacağını qeyd edən C.Xəlilov deyib: “2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin, Silahlı Qüvvələrimizin yaradılmasının 100 illik, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyləri qeyd olunacaq, ölkəmizdə növbəti Prezident seçkiləri keçiriləcək. Eləcə də Böyük Vətən müharibəsinin iştirakçısı, Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynovun 95 illik yubiley mərasiminin də təşkili planlaşdırılır. Veteranlar həmişə olduğu kimi, builki Prezident seçkilərində də fəal iştirak edəcəklər. Onlar Prezident İlham Əliyevə hər zaman dəstək nümayiş etdirir, onun ətrafında sıx birləşirlər.

Bundan başqa, Böyük Vətən müharibəsində Azərbaycan milli diviziyalarının keçdikləri döyüş yolu haqqında bəzi universitetlərdə elmi-praktiki konfransların, Qələbənin 73-cü ildönümünə həsr edilmiş görüşlərin təşkili nəzərdə tutulur. Yeri gəlmişkən qeyd edim ki, Respublika Veteranlar Təşkilatı Qələbənin 75 illik yubileyinə indidən xüsusi hazırlaşır. Ölkədə veteran hərəkatının, veteranların sosial-hüquqi müdafiəsinin gücləndirilməsi, onların ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etməsi, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi və digər istiqamətlərdə fəaliyyətimizi yüksəltməklə, ölkəmizin ümumi inkişafına töhfə verməyə çalışırıq. Bu, həm də bizim dövlətin yüksək qayğı və diqqətinə layiqli cavabımız olardı”.

Respublika Veteranlar Təşkilatının yaradılmasının otuz illiyi münasibətilə nəzərdə tutulan tədbirlərdən danışan istefada olan polkovnik bildirib ki, bu əlamətdar hadisə ilə əlaqədar Təşkilatın muzeyi yaradılıb və otuz illik tarixi yolu əks etdirən kitab çapdan çıxıb. Yubiley tədbirinin gələn il keçirilməsi planlaşdırılır. Bununla bağlı Təşkilatın mətbu orqanı olan “Azərbaycan Veteranı” qəzetinin və “veteran.az” saytının imkanlarından da səmərəli istifadə olunacaq. C.Xəlilov təşkilatın fəaliyyətinin geniş işıqlandırılmasında və ölkə ictimaiyyətinə çatdırılmasında quruma dəstək olan KİV-lərə, təşəkkürünü bildirib. Respublika Veteranlar Təşkilatının fəaliyyətinin səmərəli qurulmasında Prezident İlham Əliyevin veteranlara göstərdiyi yüksək diqqət və qayğının mühüm rol oynadığını vurğulayan C.Xəlilov yaradılmış şəraitə görə dövlətimizin başçısına veteranlar adından minnətdarlığını bildirib, onların dövlət siyasətini bundan sonra da fəal dəstəkləyəcəklərinə inamını ifadə edib.




Baxış sayı: 2 077
Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir Dünən, 12:00 Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək Dünən, 11:30 Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib Dünən, 11:30 Qazaxıstanlı ekspert: Azərbaycan Avrasiyanın nəqliyyat-enerji qovşağına çevrilir 4-09-2026, 20:30 Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib 4-09-2026, 20:00 Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib 4-09-2026, 18:30 Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək 4-09-2026, 18:00 Azerbaijan’s mine problem raised in Prague 4-09-2026, 17:30 Görkəmli alim, tanınmış elm və təhsil təşkilatçısı 4-09-2026, 15:30 ABŞ və Almaniya Ukrayna üçün 5000 kamikadze dronunun istehsalına başlayıb 4-09-2026, 09:30 "Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır" - Sahibə Qafarova 4-09-2026, 08:30 Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib 4-09-2026, 08:30 Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 3-09-2026, 20:00 Tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin sosial siyasətinin növbəti mühüm addımıdır 3-09-2026, 19:30 Bakı Astana ilə Qazaxıstanın enerji resurslarının Azərbaycandan tranzitini müzakirə edib 3-09-2026, 16:30 Ukraynanın xarici işlər naziri müharibənin başa çatdırılması imkanlarından danışıb 3-09-2026, 16:00 Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi 3-09-2026, 15:30 Xarici media Prezident İlham Əliyevin Beynəlxalq konfransın iştirakçılarına müraciətindəki fikirlərinə geniş yer ayırıb 3-09-2026, 15:00 Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir 3-09-2026, 14:30 “Ölümcül Miras” sənədli filminin təqdimatı olub 3-09-2026, 09:30 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilib 3-09-2026, 09:30 G20: Süni intellekt beynəlxalq ticarətdə maneələrin aradan qaldırılmasına kömək edə bilər 3-09-2026, 08:00 Kiberpolis süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxsləri aşkarlayıb 2-09-2026, 21:00 Tibb sahəsində mühüm islahat 2-09-2026, 21:00 Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib 2-09-2026, 18:30 “Müstəqillik Bəyannaməsi – 35” adlı tədbir keçirilib 2-09-2026, 18:30 “Qərbi Azərbaycana həsr olunan verilişdə zəruri məqamlar müzakirə olunub” 2-09-2026, 18:00 ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir 2-09-2026, 10:00 Leyla Abdullayeva Paris meriyasının ittihamlarına cavab verib 2-09-2026, 10:00 Goranboydakı yanğınla bağlı Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb 2-09-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930