Bu fikri Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev Ukraynanın “5-ci kanal”ına müsahibəsində deyib. Səfir qeyd edib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində hələ ki, münaqişə öz ədalətli həllini tapmayıb.
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə ən böyük təhdiddir. Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlayır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib və bu günə qədər vəziyyət dəyişməz qalıb”, - deyə A.Xudiyev əlavə edib.
Azərbaycan-Ukrayna münasibətlərinə dair jurnalistin sualını cavablandıran səfir qeyd edib ki, iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. Bu il ticarət dövriyyəsi ötən illə müqayisədə artıb. Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirir. Səfir hesab edir ki, iqtisadi sahədə potensial daha böyükdür, ona görə də hər iki ölkənin iş adamları investisiya yatırımlarını daha da artırmalıdırlar. (Azərtac)
Baxış sayı: 2 057
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

