Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında GUAM-ın baş katibi Altay Əfəndiyev deyib. O bildirib ki, GUAM-a üzv ölkələr bir neçə beynəlxalq qurumda vahid mövqe nümayiş etdirib: “BMT, ATƏT, Avropa İttifaqı kimi beynəlxalq təşkilatlarda ölkələrin mövqeləri bir olub. Bu, çox müsbət tendensiyadır və çox güman ki, növbəti illərdə də davam etdiriləcək”. A. Əfəndiyev 2017-ci ili GUAM təşkilatı üçün ən vacib il kimi qiymətləndirib: “Bu il təşkilatın 20 illiyi tamam olub. Gürcüstanın GUAM-da sədrliyi təşkilatın fəaliyyətinə yeni təkan verib. Təşkilatın nəqliyyat dəhlizi və azad ticarət zonasının yaradılması ilə bağlı təşəbbüslərinin həyata keçirilməsi üzrə işlər görülüb”. O qeyd edib ki, gələn il Moldovanın GUAM-a sədrliyi dövründə də bu təşəbbüslər üzrə işlər davam etdiriləcək. Baş katib əlavə edib ki, gələn il GUAM beynəlxalq, regional və parlament təşkilatları ilə əməkdaşlığı daha da genişləndirməyi planlaşdırır.
Baxış sayı: 1 608
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

