FACT-INFO.AZ » XƏBƏR » İctimai Birlik Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirdi
3-12-2017, 14:50 | XƏBƏR
İctimai Birlik Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirdi

Bu il də ənənəvi olaraq İctimai Birlik 30 noyabr tarixində əməkdaşlıq etdiyi "Xəzər" Universitetində "3 Dekabr-Beynəlxalq Əlillər Günü" ilə bağlı tədbir keçirdi. Tədbirdən əvvəl “Beynəlxalq Əlillər Cəmiyyəti” İB İdarə Heyətinin hecabat xarakterli yığıncağı keçirildi. İdarə Heyətinin üzvü Məlahət Abdullayeva İctimai Birliyin gördüyü işlər barədə məruzə etdi. İctimai Birliyin ümumi fəaliyyəti iştirakçılar tərəfindən müsbət qəbul edildi.

Hesabat yığıncağından sonra Universitetin "Mərmər zalı"nda "3 Dekabr-Beynəlxalq Əlillər Günü" ilə bağlı keçirilən tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Tahir Xudiyev bildirdi ki, 3 dekabr– Beynəlxalq Əlillər Günü bayram günü deyil, aidiyyəti dövlət və qeyri-dövlət təşkilatlarının, bütövlükdə cəmiyyətin diqqətini bu qəbildən olan insanların mövcud problemlərinin həllinə yönəltməkdən ibarətdir. Əlilliyi olan şəxslərin ləyaqətinin qorunması, hüquqlarının müdafiəsi və sosial rifahının yaxşılaşdırılması üçün zəruri olan bütün dəstəyi səfərbər etmək, onların cəmiyyətə fəal şəkildə inteqrasiyasına nail olmaq lazımdır. İctimai Birlik də fəaliyyət göstərdiyi zaman ərzində əlilliyi olan insanların sosial problemləri ilə maraqlanmış, monitorinqlər keçirmiş, aidiyyəti təşkilatlara əlilliyi olan insanların sosial rifahının yaxşılaşdırılması məqsədi ilə təkliflər irəli sürmüşlər.

Tədbirdə qonaq qismində iştirak edən respublikanın xalq artisti, professor, dünya şöhrətli tarzən Ramiz Quliyev həmin günə 6 tədbirə dəvət almasına baxmayaraq, bu tədbirə qatılmaqla əlilliyi olan şəxslərlə birgə olmağa üstünlük verdiyini söylədi.

BƏC İB İdarə Heyəti üzvü, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatıçısı, 1-ci qrup əlil Rasim Gənzəli, Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müşaviri Zümrüd Səmədova, İctimai Televiziya və Radio Verilişləri Şirkətinin Şöbə müdiri Kamil Məhərrəmov çıxış edərək “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in fəaliyyətini yüksək qiymətləndirmiş və gələcək fəaliyyətində uğurlar arzulamışlar.

BƏC-in Hüquqi işlər üzrə təlimatçısı, ədliyyə müşaviri Fərman Rzayev öz çıxışında yüksək dövlət vəzifəsində çalışmasına baxmayaraq, vətənimizin müdafiəsini vacib saydığı üçün ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək ağır yaralanaraq əlil olmuş insan kimi bu qəbildən olan insanları daha yaxından başa düşdüyünü, onlara daima diqqət və qayğı göstərilməsinin vacibliyini vurğuladı. BƏC İB-in üzvü, müğənni Kamil Ağazadə və İB-in Mədəniyyət şöbəsinin uşaqlardan ibarət rəqs qrupu, 1 saylı Psixiartiya Xəstəxanasının pasiyentlərindən ibarət pantomim teatrı, Xalq artisti Mənsum İbrahimovun tələbələri, BƏC İB-in üzvü, 1-ci qrup gözdən əlil Allahverdi Əhmədov, 1-ci qrup gözdən əlil, şairə Ülkər Atəş, 2-ci qrup əlil Nərgiz Məmmədova bir-birindən gözəl ifaları ilə tədbirə xüsusi rəngarənglik gətirdilər.

Tədbirdə Dini Qurumlarla İş üzrə Təşkilat Komitəsinin əməkdaşı Orxan Masayev, Daxili İşlər Nazirliyinin əməkdaşları, Nizami Rayon Polis İdarəsinin Rəis müavini Zaur İsayev, Səhiyyə Nazirliyinin əməkdaşı Nurəddin Abdullayev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Nərgiz Əliyeva, ƏN Penitensiar Xidmətinin əməkdaşı Süleyman Salayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Ramin Fərəcov, AMEA HİHİ-nun Direktor müavini, professor, BƏC İB İdarə Heyəti üzvü Lalə Əhmədova, AMEA Həmkarlar İttifaqınin sədr müavini Samirə Hacıyeva, Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının nümayəndə heyəti, Malayziya səfirliyinin səlahiyyətyli nümayəndəsi xanım Azri Hazvani Abdul-Aziz, Qırmızı Xaç Cəmiyyətinin əməkdaşı Leyla Həsənova,"Loqos" Psixoloji Mərkəzin Baş psixoloqu Elmira Mirzəyeva, BƏC İB Mətbuat Xidmətinin əməkdaşı, "Həkəri" qəzetinin Baş redaktoru Rauf İlyasoğlu, ŞAYHM-ın sədri Rövşən Ağamalıyev, "Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək" İB-in Sədri Məmmədhəsən Həsənov, "Qarabağ Əlilləri və Veteranları" İB-in Sədri, Azərbaycanın ilk snayper qadını Növrəstə Yusifova, "Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu"nun prezidenti Sərraf Orucov və bir çox səfirliklər və beynəlxalq təşkilatlar, QHT, KİV və ictimaiyyət nümayəndələri, şəhid ailələri, əlilliyi olan insanlar iştirak edirdilər.

Bundan əlavə tədbirdə əlilliyi olan insanların əl işlərinin satış-sərgisi nümayiş olundu. Qeyd edək ki, əməkdaşlıq etdiyimiz "Xəzər" Universitetinin Psixologiya Departamentinin koordinatoru, Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova tədbirin təşkilində böyük dəstək göstərdi.

Məlahət Abdullayeva "Əlillər Dünyası" qəzeti




Baxış sayı: 1 912
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30