Azərbaycan üçün əlamətdar olan günlərdə Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində xüsusi aktivlik nümayiş etdirir. Təxribatın, ardınca təxribat. Bu həftə artıq ikinci dəfədir ki, təmas xəttindən yanğın xəbərləri gəlir. Bu dəfə daha irimiqyas alan yanğınlar neytral sahəyə də keçib.
Ermənistan Silahlı Qüvvələri işğal altındakı ərazilərdə yanğınlar törətməkdə davam edir. Hər il yay mövsümündə ermənilər bu cür təxribata əl atırlar. Artıq üç gündür ki, ermənilər təmas xəttində yanğın törədir. Hazırda yanğının Azərbaycanın nəzarəti altında olan hissəsinə, eləcə də yaşayış məntəqələrinə keçmək etimalı yoxdur.
Kənd sakinlərinin məlumatına görə, yanğın nəticəsində Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərdən yırtıcı və sürünənlər yaşayış məntəqələrinə keçir. Bu da əsasən təsərrüfatda çalışan insanların həyatına təhlükə yaradır.
“İşğal altında olan əraziləri ermənilər yandırır. Yanğın nəticəsində minalar patlayır. Sürünənlər yaşayış məntəqələrinə keçir. Bu isə burada yaşayan insanlara əlavə problem yaradır”, – deyə kənd sakini Hikmət Məmmədov bildirib.
Kənd sakinləri qeyd edirlər ki, Ağdam ərazisində başlayan yanğının miqyası ötən günlərlə müqayisədə daha böyükdür.
Baxış sayı: 2 147
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

