FACT-INFO.AZ » XƏBƏR » “Bəkirnamə” kitabının təqdimatı keçirilib
21-11-2017, 13:10 | XƏBƏR
“Bəkirnamə” kitabının təqdimatı keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Esmira Fuadın müəllifi olduğu “Bəkirnamə” kitabının təqdimatını keçirib. Kitab görkəmli ədəbiyyatşünas alim, Azərbaycanın "Şöhrət" və "İstiqlal" ordenli əməkdar elm xadimi, iki dəfə Dövlət mükafatı laureatı, akademik Bəkir Nəbiyevə həsr olunub.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli bildirib ki, görkəmli elm xadimi Bəkir Nəbiyev haqqında yazılan çoxsaylı məqalələr və kitablar arasında bu əsərin öncəki mənbələrdən fərqi ondadır ki, epizodik şəkildə, bəzi elementlərə istinad edərək müəllif elmi publisistik üslübda, hər bir oxucunun anladığı dildə kitab ərsəyə gətirib. Bu cür portret kitabların yaradılmasını ədəbiyyatşünaslıq elmində ən vacib məsələlərdən biri hesab edən İsa Həbibbəyli alimin həyat yoluna nəzər salınması, “Bəkirnamə”də onun elmi fəaliyyəti ilə yaşadığı gerçəkliklərin ibrətamiz cəhətlərinin sintez edilməsini və alimin çoxşahəli elmi fəaliyyətinin geniş təhlil olunmasını uğurlu müəllif tapıntısı adlandırıb, “Oğuznamə”də olduğu kimi dastanvari və folklor elementləri ilə zənginləşdirilmiş tam bir Bəkirnamə halında təqdim edilməsini kitabın dəyərini artıran ən ümdə məqamlardan biri olduğuna diqqət çəkib. AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxışında bildirib ki, böyük tarixi şəxsiyyətlər haqqında yazılan namələr - Şahnamə, İsgəndərnamə, Bəhramnamə, Oğuzanamə - kimi Bəkirnamənin də yazılması çox təbiidir. Namə - öz sahəsində, vətənində, el arasında nüfuz qazanan, müstəsna xidmətləri olan bir insandan soraq verir. “Bəkirnamə”də fenomen bir insanın, zəngin irsə sahib olan elm xadiminin taleyi işıqlandırılır. T.Kərimli Bəkir Nəbiyevin yorulmaz fəaliyyətini, hər bir işçiyə öz doğması kimi yanaşmasını, şəxsi keyfiyyətlərini qeyd edərək onu bir insanlıq, işgüzüarlıq, türkçülük məktəbi adlandırıb.

Xalq şairi Sabir Rüstəmxanlı ədəbi tənqid elminin dəyərli bir siması olan Bəkir Nəbiyev haqqında yazılan bu kitabın təqdimat mərasimində iştirak etməkdən məmnun olduğunu bildirib və eyni amal uğrunda düşünən, alimlə çiyin-çiyinə çalışan ədəbiyyat xadimlərinin adlarını sadalayaraq hər birisinin xüsusi çəkisi olduğunu söyləyib. Belə əsərlərin ədəbiyyatşünaslıq tarixində xüsusi dəyər daşığıdını deyib.

Millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov ustadının elm aləmindəki xidmətlərinə toxunub və onun əsl pedaqoq kimi üstün cəhətlərindən söz açıb. Tələbələrinə böyük ehtiramla yanaşdığını, birlikdə səfərlərə getməsini və hər yerdə Bəkir müəllimin alicənab və müdrik bir şəxs kimi ali keyfiyyətlərinin şahidi olduğunu deyib. Bəkir Nəbiyevin tələbəsi, millət vəkili Jalə Əliyeva Füzuli haqqında yazmış olduğu elmi işinin müdafiəsi zamanı akademikin onun əsərinə verdiyi dəyərdən, gənclərə göstərdiyi dəstəyindən danışıb və bildirib ki, həmin gün Bəkir müəllimin mövzu ilə bağlı kəsərli nitqi ona elm aləminə bir alim kimi ilk vəsiqə qazandırıb. Professor Asif Rüstəmli çxışında akademik Bəkir Nəbiyevin haqqında yazılan əsərin əhəmiyyətinə toxunub və ədəbiyyatşünaslıq elminin inkişafında əvəzsiz xidmətləri ilə seçilən böyük alimin adına ucaldılmış abidə hesab edib.

Təqdimat mərasimində Bəkirnamə kitabı haqqında hazırlanmış videoçarx nümayiş olunub. Türk Dünyası Bakı Atatürk Liseyinin direktoru Hüseyin Demirel Bəkir Nəbieyin timsalında zaman-zaman türk dünyasında belə aydınların olmasını xoşbəxtlik kimi qiymətləndirib. “Bəkirnamə” kitabının müəllifi, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, dosent Esmira Fuad bildirib ki, adi müxbirlikdən akademik səviyyəsinədək yüksəlmiş, zəngin yaradıcılığı ilə Azərbaycan elmində öz parlaq səhifəsini yaratmış, ədəbiyyatşünaslığımızın dinamik inkişafında və zənginləşməsində müstəsna xidmətləri olan Bəkir Nəbiyev haqqında belə bir əsərin yazılması onun son beş illik fəaliyyətinin nəticəsi və öz müəlliminə böyük ehtiramın nümunəsidir.

Tədbirin sonunda akademikin qızı, Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova kitabın müəllifi Esmira Şükürovaya, redaktoru Xuraman İsmayılovaya, tədbirə təşrif buyuran və çıxış edən bütün ziyalılara, eləcə də video təqdimatın hazırlanmasında zəhməti keçən MEK əməkdaşlarına və Azərbaycan Radiosunun diktoru, Respublikanın Əməkdar artisti İradə Ələkbərqızına dərin təşəkkürünü bildirib.




Baxış sayı: 1 982
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30