FACT-INFO.AZ » SİYASƏT » Ermənistan KİV-də Bakı-Tblisi-Qars dəmir yolu sərsəmliyi
16-11-2017, 08:15 | SİYASƏT
Ermənistan KİV-də Bakı-Tblisi-Qars dəmir yolu sərsəmliyi

Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Qeorqiy Kvirikaşvili, Qazaxstanın baş naziri Bakıtjan Saqintayev və Özbəkistanın baş naziri Abdulla Aripov iştirak etmişdir. BTQ dəmir yolu xəttinin çəkilməsi üçün Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri 2007-ci il fevralın 7-də müqavilə imzalamışdı.

826 kilometr uzunluğunda olan, ildə 1.5 milyon sərnişin və 6.5 milyon ton yük daşıma qabiliyyətinə malik olan xətt Asiya və Avropa arasında nəqliyyat dəhlizi olaraq xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan müstəqilliyini elan etdikdən sonra bir çox beynəlxalq əhəmiyyətli layihələrin – Bakı-Tblisi-Ceyhan, Bakı-Supsa neft boru, Bakı-Tbilisi-Ərzurum qaz boru xəttinin həyata keçirilməsində iştirak etmişdir. BTQ də bu kimi strateji layihələrdən biridir və nəqliyyat sahəsində bölgədə bu günə qədər həyata keçirilən ən böyük və uğurlu layihədir.

Məsələyə münasibət bildirən yerli və xarici mütəxəssislər də layihəni beynəlxalq əhəmiyyət daşıyan strateji layihə olaraq dəyərləndirir, qədim ipək yolunun müasir texnologiyanın imkanlarından istifadə edilərək yenidən qurulması kimi görürlər. BTQ sadəcə bölgə üçün deyil, eyni zamanda beynəlxalq nəqliyyat üçün yeni, əlverişli imkanlara sahibdir.

Əlbəttə, belə bir möhtəşəm nəqliyyat layihəsinin həyata keçirlməsi qarşısında bəzi siyasi maneələrin olmasına baxmayaraq, Azərbaycan bu layihəni tamamladı və özünün milli maraqlarına xidmət edən müstəqil bir dövlət olduğunu bir daha təsdiqlədi. Bu layihəyə qarşı çıxan, onun rentabelli olmadığını iddia edən dövlətlərdən biri də Ermənistan idi.

Hələ BTQ dəmir yollu xətti layihəsi müzakirə edilərkən, Ermənistanın sabiq prezidenti Robert Köçəryan 2004-cü ildə layihənin iqtisadi baxımdan əsaslandırılmadığı üçün həyata keçirilməyəcəyindən əmin olduğunu bildirmişdi. 2005-ci ildə isə Köçəryan reallığı və layihənin həyata keçirilməsi üçün tərəfdaşların qətiyyətli siyasi iradəsini görərək, xəttin çəkilməsinə mane ola bilmədiklərini etiraf etmişdir. Köçəryan admistrasiyasının məbuat katibi Viktor Soğomonyan isə artıq inşaat işləri başladıqdan sonra xəttin iqtisadi deyil, siyasi səbəblərə görə inşa edildiyini bildirərək, Ermənistanın bu layihədən kənarda qalmasına erməni ictimai rəyində haqq qandırmağa çalışmışdır. Beləliklə, BTQ dəmir yolu xətti hələ Sovetlər zamanı mövcud olan Gümrü-Qars dəmir yolu xəttinin yenidən qurulması və açılması perspektivinin üstündən xətt çəkmişdir.

30 oktyabrda xəttin açılmasından sonra Ermənistan KİV-ləri ruhi xəstə məntiqi ilə Avrasiyanı birləşdirən strateji xəttin açılması reallığını görmədən, Ermənistanın geosiyasi mövqeyinin əhəmiyyətini, mümkün tranzit ölkə olaraq milyonlarla dollar itirdiyini anlamadan sərsəmləməyə başlamışdır.

Ermənistan KİV-nin mövzuya aid xəbər başlıqlarına diqqət etmək yetərlidir ki, nələri itirdiklərini anlamaq mümkün olsun:

– "Bakı-Tblisi-Qars Ermənistanı oyundan kənarda saxlayır''[ii] – "Ermənistan bölgədə vəziyyəti ciddi tranformasiya etdi''[iii] – "Ankara, Tblisi və Bakının Çinin yüklərini Rusiya Dəmiryollarından öz tərəflərinə çəkməsi heç də sadə olmayacaq''[iv] – "İrəvandan BTQ dəmiryolu xəttinə ciddi cavab''[v]

– "BTQ dəmir yolu xətti təkcə Ermənistana deyil, həm də Rusiyaya qarşıdır''[vi] – "Erməni iş adamları onlara uyğundursa BTQ dəmir yolu xəttindən istifadə edə bilər: Karen Karapetyan''[vii] – "Əgər Azərbaycan Ermənistanın BTQ dəmir yolu xəttinə birləşməsini istəyirsə, Artsaxın müstəqilliyini tanımalıdır''[viii] – "Aydın idi ki Ermənistanın BTQ dəmir yolu layihəsində iştirak etməsinə icazə verməyəcəklər''[ix]

– "Heç kim erməni yüklərinin BTQ dəmir yolu xətti ilə daşınmasını qadağan edə bilməz''[x]. Ermənistan KİV-də bu və bənzəri xəbərləri oxuduqda belə informasiyaları hardan aldıqları, necə düşündükləri, neçənci əsrdə yaşadıqları, "toyuq korluğu'' xəstəliyinə tutulduqları haqqında ciddi şübhələr yaranır, ümumiyyətlə, son 25 ildə bölgədə və beynəlxalq aləmdə cərəyan edən hadisələri təhlil edən ermənilərin homo sapiens zehniyyətindən bir addım da olsa irəli getmədikləri məlum olur.

Hətta iş o yerə çatıb ki, Gürcüstanın Cəvahetiya bölgəsində fəaliyyət göstərən "Birləşmiş Cəvaheti'' təşkilatının lideri Vaan Çaxalyan məsələyə münasibət bildirərkən sətiraltı məna olaraq dəmir yolu xəttinə qarşı fiziki təxribat törədəcəkləri haqda sərsəmləyir. Bu baxımdan Gürcüstan hökuməti lazımı tədbirləri almaqda gecikməməlidir.

Ermənistan rəhbərliyi kimi erməni ictimai rəyi də bölgədə son 25 ildə böyük layihələrin həyata keçirildiyi, ancaq onların bütün bunlardan kənarda qaldıqları gerçəkliyini görməkdə acizdir. Militarist siyasət onsuz da az olan büdcələrindən silahlanmaya ayırdıqları maliyyə vəsaitinin geri dönüşünün olmaması, Ermənistanın normal bir dövlət kimi inkişaf etməməsi, bölgədə həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələrdən kənarda qalması ilə nəticələnir.

Ermənistan rəhbərliyi və ermənilər reallığı görüb vəziyyətlərini məntiqli şəkildə təhlil etmədikləri təqdirdə onların düşdükləri bataqlıqda hələ çox çabalayacaqları bəllidir. Bəzi dövlətlərin Ermənistana "yardımları və dəstəyi'' isə daimi deyil, sadəcə bataqlıqda yaşaya bilmək qabiliyyətini artırdıqlarına inandıqları, əslində isə elə olduğuna illuziya yaradan bir narkotikdir.

Newtimes.az Hatəm Cabbarlı, siyasi elmlər doktoru




Baxış sayı: 1 579
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30