FACT-INFO.AZ » SİYASƏT » BƏƏ-li nazir: Azərbaycan Cənubi Qafqazdakı əsas tərəfdaşımızdır
10-07-2025, 14:00 | SİYASƏT
BƏƏ-li nazir: Azərbaycan Cənubi Qafqazdakı əsas tərəfdaşımızdır

BƏƏ hökumətinin nazirləri və yüksək vəzifəli şəxsləri Azərbaycanla Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin (CEPA) imzalanmasını alqışlayaraq, bu sənədi bütün dünyada inteqrasiya olunmuş iqtisadi tərəfdaşlar şəbəkəsinin yaradılması istiqamətində irəliyə doğru atılmış daha bir strateji addım hesab ediblər.

Bu barədə Fact-info.az “Report” a istinadən xəbər verir.

Xarici ticarət naziri Tani bin Əhməd Əl Zeyudi qeyd edib ki, Azərbaycan BƏƏ-nin Qafqaz regionunda əsas tərəfdaşıdır. Onun sözlərinə görə, 2024-cü ildə ikitərəfli qeyri-neft ticarəti 36,2 % artaraq 2,24 milyard ABŞ dolları təşkil edib.

BƏƏ Mərkəzi Bankının rəhbəri Xalid Məhəmməd Balama bildirib ki, saziş maliyyə sabitliyinin möhkəmləndirilməsi, bank əməkdaşlığının inkişafı və iki ölkə arasında fintex həllərinin təşviqi üçün mühüm alət olacaq.

Gömrük və Sərhəd Mühafizəsinin Baş direktoru vəzifəsini icra edən Əhməd Abdullah bin Lahec Əl Fəlasi vurğulayıb ki, CEPA gömrük prosedurlarını sadələşdirməyə və ikitərəfli təchizat zəncirlərini gücləndirməyə kömək edəcək.

Energetika və infrastruktur naziri Suheyl bin Məhəmməd Əl Mazrui bərpa olunan enerji, o cümlədən günəş, külək və su enerjisi sahəsində birgə layihələrin həyata keçirilməsi üçün sazişin əhəmiyyətini qeyd edib.

İqtisadiyyat naziri Abdullah bin Tuk Əl Marri CEPA-nın ikitərəfli ticarəti artırmaq, gömrük maneələrini azaltmaq və Azərbaycan biznesinin Afrika, Asiya və Avropaya çıxışını asanlaşdırmaq potensialına diqqət çəkib.

İnvestisiya naziri Məhəmməd Həssən Əl Suveydi öz növbəsində qeyd edib ki, BƏƏ artıq 1 milyard ABŞ dollarından çox investisiya ilə ərəb ölkələri arasında Azərbaycana ən böyük sərmayə yatıran ölkədir. Onun fikrincə, CEPA logistika, enerji, sənaye və infrastruktur sahələrində əməkdaşlıq üçün yeni imkanlar açacaq.

Xatırladaq ki, iyulun 9-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın iştirakı ilə Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi (CEPA) imzalanıb.




Baxış sayı: 105
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30