FACT-INFO.AZ » AKTUAL » Xocalı soyqırımı zamanı yaralanmış şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir
10-07-2025, 21:00 | AKTUAL
Xocalı soyqırımı zamanı yaralanmış şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir

Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesi iyulun 10-da işini Azərbaycan ərazilərinin vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində zərərçəkmiş şəxslərin ifadələri ilə davam etdirib.

Fact-info.az xəbər verir ki, zərərçəkmiş şəxs Vüqar Eminov ifadəsində 1994-cü il aprelin 25-də Ağdam rayonunun Güllücə kəndində əsir götürüldüyünü, əsirlik müddətində Şuşa həbsxanasında, Xankəndidəki xüsusi rejimli təcridxanada saxlanıldığını bildirib. O deyib ki, əsirlik müddətində özü və digər azərbaycanlı əsir-girovlar işgəncələrə məruz qalıb, armatur və digər ağır əşyalar ilə döyülüb, bədənlərinə elektrik cərəyanı verilib.

O, digər azərbaycanlı əsir və girovlarla birlikdə işləmək üçün Xocavənd rayonunun Ağbulaq kəndinə aparılıb, 1995-ci il oktyabrın 9-da Qadir və Bayram adlı azərbaycanlı əsir-girovla oradan qaçıb. Oktyabrın 22-də Azərbaycan hərbçilərinin nəzarətində olan ərazilərə keçməklə əsirlikdən xilas olub.

Zərərçəkmiş şəxs İmran Quliyev ifadəsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalını ağır zirehli texnika və silahlardan atəşə tutub yandırmağa başladıqlarını, soyqırımı zamanı qardaşı Zakirin, bacısı Zöhrənin qətlə yetirildiyini bildirib. O deyib ki, düşmən bacısı Zöhrənin meyitini götürməyə imkan verməyib. Bacısının nəşini üç gün sonra götürə bilib. Qardaşı isə hələ də itkindir. İ.Quliyev isə özü də yaralanıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.




Baxış sayı: 120
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30