FACT-INFO.AZ » SİYASƏT » “Diplomatiya Aləmi” jurnalının 20 illik yubileyi
10-07-2025, 08:30 | SİYASƏT
“Diplomatiya Aləmi” jurnalının 20 illik yubileyi

İyulun 8-9-da Bakı və Şuşa şəhərlərində Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmi nəşri olan “Diplomatiya Aləmi” jurnalının 20 illik yubileyinə həsr olunmuş beynəlxalq dəyirmi masa tədbiri keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Fact-info.az-a verilən məlumata görə, tədbirdə 16 ölkədən Xarici İşlər nazirliklərinin nümayəndələri, tanınmış beyin mərkəzlərinin təmsilçiləri, eləcə də beynəlxalq münasibətlər və diplomatik təhlil sahəsində ixtisaslaşmış jurnalların redaktorları və ekspertləri iştirak ediblər.

Dəyirmi masanın əsas məqsədi, dost və tərəfdaş ölkələrin Xarici İşlər nazirliklərinin rəsmi nəşrləri istiqamətində, habelə müasir beynəlxalq münasibətlər sistemində strateji təhlilin əhəmiyyətinə dair fikir və təcrübə mübadiləsi aparılmasıdır.

Tədbirin açılışında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov “Diplomatiya Aləmi” jurnalının son 20 ildə Azərbaycanın xarici siyasət prioritetlərini və beynəlxalq proseslərə münasibətini əks etdirən önəmli platforma rolunu oynadığını vurğulayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil, praqmatik və açıq xarici siyasət kursuna diqqət çəkən nazir Azərbaycanın beynəlxalq arenada artan nüfuzundan danışıb.

C.Bayramov postmünaqişə dövründə Cənubi Qafqazda formalaşan yeni reallıqlar, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində atılan addımlar və sülh sazişinin imzalanmasına maneə törədən əsas məsələlər barədə ətraflı məlumat verib.

O, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış” Proqramı çərçivəsində genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyini qeyd edib.

Ceyhun Bayramov Azərbaycanın beynəlxalq təşəbbüslərdə fəal iştirakını xüsusi vurğulayaraq, COP29-a ev sahibliyini, Qoşulmama Hərəkatına uğurlu sədrliyini, eləcə də ölkəmizin qarşıdakı dövrdə UNESCAP-ın 82-ci sessiyası, 13-cü Ümumdünya Şəhər Forumu və Ümumdünya Ətraf Mühit Günü kimi mühüm tədbirlərə ev sahibliyi edəcəyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində iştirakçılar üçün Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfər təşkil olunub. Səfər zamanı qonaqlar Ermənistanın işğal siyasətinin nəticələri, dağıdılmış infrastruktur və tarixi-mədəni abidələr, eləcə də yenidənqurma və bərpa işləri ilə yerində tanış olublar. Şuşanın tarixi və mədəni irsinə dair təqdimatlar keçirilib, səfər mədəni proqramla tamamlanıb.




Baxış sayı: 95
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30