FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Gürcüstanda İkinci Qarabağ müharibəsindən bəhs edən “İstiqamət Şuşadır” kitabı təqdim edilib
9-07-2025, 17:30 | MƏDƏNİYYƏT
Gürcüstanda İkinci Qarabağ müharibəsindən bəhs edən “İstiqamət Şuşadır” kitabı təqdim edilib

İyulun 9-da Gürcüstanın Qardabani rayonunun Nəzərli kənd ictimai məktəbində Mustafa Sədioğlunun ikinci Qarabağ müharibəsindən bəhs edən “İstiqamət Şuşadır” kitabının təqdimatı keçirilib.

Fact-info.az xəbər verir ki, kitabda xalqımızın torpaqlarımızın işğaldan azad olunması istiqamətindəki birgə mübarizəsindən, qəhrəman oğul və qızlarımızın şücaətindən, şəhidlərimizin qanı, canı bahasına əldə olunan qələbədə Gürcüstandan olan soydaşlarımızın rolundan bəhs olunur.

Kitabda əslən Qardabani rayonunun Nəzərli kəndindən olan BakuTV-nin əməkdaşı Yelmar Məmmədlinin Şuşanın azad edilməsindəki qəhrəmanlığı xüsusi qeyd olunub.

Tədbirdə çıxış edən müəllimlər, ağsaqqallar, ictimaiyyət nümayəndələri Yelmar Məmmədlinin məktəb və gənclik illərindən söz açıb, onun gənc yaşlarında şücaəti və qorxmazlığı ilə seçildiyini qeyd ediblər.

Çıxış edənlər “İstiqamət Şuşadır” adlı yeni nəşrin gənclərin vətənpərvər ruhda böyümələrinə böyük töhfə verəcəyinə əminlik ifadə ediblər.

Müəllif M.Sədioğlu deyib ki, Y.Məmmədlinin qəhrəmanlığı haqqında yazdıqları onun döyüş yoldaşlarından aldığı müsahibələrə əsaslanıb. Döyüş yoldaşları jurnalistikadan birbaşa döyüşə atılan Y.Məmmədlinin əsl vətənpərvər və qəhrəman olduğunu xüsusi qeyd ediblər.

Bildirilib ki, onun qəhrəmanlığı Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib və o, bir neçə medalla təltif olunub.

Tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, eləcə də Azərbaycandan gəlmiş qonaqlar iştirak ediblər.




Baxış sayı: 145
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30