FACT-INFO.AZ » XƏBƏR » Erməni işğalının görünməyən tərəfi
10-10-2017, 20:25 | XƏBƏR
Erməni işğalının görünməyən tərəfi

"Erməni işğalı 25 ildir ki, davam edir. Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. Bir milyondan çox insan erməni işğalından əziyyət çəkir. Bu, işğalın görünən tərəfidir".

Bu gün, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə, Azərbaycanın İşğal olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı İctimai Birliyinin həyata keçirdiyi "Azərbaycanın İşğal altındakı daşınmaz tarix və mədəniyyət abidələrinin elektron məlumat bazasının yaradılması və xarici ölkələrdə təqdimatı erməni vandalizminin ifşasına şərait yaradacaqdır" adlı layihəsi ilə əlaqədar keçirilən tədbirdə, İctimai Birliyin sədri Faiq İsmayılov belə deyib. "İşğal altındakı ərazilərdə Azərbaycanın bütün milli mədəni sərvəti gizli şəkildə məhv edilir, tarixi dəyişdirilir, xristian dövrü erməniləşdirilir, islam dini abidələri dağıdılır, ərazidə müxtəlif ölçülü monumental erməni incəsənət abidələri, erməni xaçları, yeni-yeni erməni kilsələri tikilib beynəlxalq səviyyədə təbliğ etməklə, Ermənistan bu ərazilərin ermənilərə məxsusluğunu dünyaya sübut etməyə çalışır. Bu isə erməni işğalının gizli məqamları, yəni görünməyən tərəfidir" — o, əlavə edib.

İsmayılovun sözlərinə görə, Azərbaycan ərazislərində tarix və mədəniyyət abidələri ayrı-ayrı qruplar üzrə 900-ə yaxın rəsmi dövlət qeydiyyatında olan və dövlət qeydiyyatından kənarda qalan 2550 sayda tarix və mədəniyyət abidələri erməni işğalı altındadır: "Sovet dövründə Azərbaycanın kifayət qədər tarixi abidələri qeydiyyata alınmayıb. Bizim tədqiqatlarımız zamanı məlum oldu ki, həmin abidələrin sayı 4500-dür və onların 30 mindən çox görüntüsü var". "Bizim araşdırmamız zamanı məlum olub ki, Ağdərə ərazisində 1390 abidə qeydə alınıb. Amma biz onların cəmi 86–sının görüntüsünü əldə edə bilmişik. Hər bir abidəyə aid bir neçə şəkil və məlumat var. O cümlədən Xocavənd rayonu ərazisində 350 dən çox abidə qeydə alınıb. Onların əksəriyyəti çox unikal və təkrarsızdır" — birlik sədri bildirib.

"Eyni zamanda, biz o abidələrin siyahısını tərtib edə bildik. Siyahı tərtib edilərkən bir neçə kateqoriyaya bölünüb. Xocavənd abidələri haqqında məlumatları qruplaşdırıb rus və Azərbaycan dillərində yazmışıq. Təqdim olunan Elektron Məlumat Bazası yaradılıb. Bazada Azərbaycanın bütün abidələri qeydə alınıb" — F. İsmayılov vurğulayıb.

Tədbirdə daha sonra digər iştirakçılar çıxış edərək layihənin önəmini vurğulayıblar. QHT sədrləri, ekspertlər təkliflərini səsləndiriblər.

Fact-info.az




Baxış sayı: 1 680
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30