FACT-INFO.AZ » XƏBƏR » "TurAz Qartalı-2017": Azərbaycan və Türkiyə şahinləri səmada
27-09-2017, 10:30 | XƏBƏR
"TurAz Qartalı-2017": Azərbaycan və Türkiyə şahinləri səmada

Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin iştirakı ilə "TurAz Qartalı-2017" birgə taktiki-uçuş təlimləri davam edir. Fact-info.az APA TV-yə istinadən xəbər verir ki, təlimlərdə Türkiyənin F-16 təyyarələri və döyüş helikopterləri ilə yanaşı, ordumuzun arsenalında olan döyüş təyyarə və vertolyotları da iştirak edir.

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 3 ədəd F-16 döyüş maşını, 2 ədəd "Sikorski" hərbi vertolyotu, Dəniz Qüvvələrinə məxsus 1 ədəd təyyarə və bir neçə hərbi yük təyyarəsi təlimlərdə iştirak etmək məqsədilə ölkəmizə gətirilib. F-16 döyüş təyyarələrində üçüncü ildir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları da uça bilir.

Hər uçuş müvafiq marşrut üzrə 2 saata yaxın müddətdə aparılır. Təyyarənin uçuşa hazırlığı tamamlandıqdan sonra tapşırıqlar üzrə uçuşlar həyata keçirilir. Əsasən birgə hərəkət, bombardmançı təyyarələrin müdafiəsi kimi tapşırıqlar icra olunur. Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr yerdəyişmə prinsipi əsasında şərti düşmənin hücumlarını dəf edirlər.

Təlimlər zamanı ordumuzun arsenalında olan döyüş təyyarələrinin və vertolyotlarının manevr uçuşları da aparılıb. Təlimlərdə əsas məqsəd həm də pilotlarımızın NATO standartlarına uyğun yeni texnikalardan istifadəsini təmin etmək olub. Bununla yanaşı, türkiyəli pilotlar da MİQ və "Su" tipli təyyarələrdə və hərbi vertolyotlarda uçuşlar həyata keçirib.

Qeyd edək ki, bu gün yerli və xarici media nümayəndələri və bir qrup məktəblinin sentyabrın 26-da təlim keçirilən əraziyə səfəri təşkil edilib. Şəxsi heyət və hərbi texnika ilə tanış olan jurnalistlər və məktəblilər yerinə yetirilən uçuşları izləyiblər. Hərbi pilotların qonağı olan məktəblilər təlimlərə cəlb edilən aviasiya texnikası ilə tanış olub və onları maraqlandıran mövzular üzrə məlumat əldə ediblər. Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər. Qeyd edək ki, təlimlər sentyabrın 30-dək davam edəcək.




Baxış sayı: 1 664
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30