Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ilə ikitərəfli əməkdaşlıq planına əsasən, sentyabrın 25-də Türkiyə Silahlı Qüvvələrinin Sülh Naminə Birgə Təlim Mərkəzinin mobil təlim qrupu tərəfindən Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Taktiki səviyyəli hərbi mülki əlaqələr” mövzusunda təlim kursu başlanıb.
Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, kurs müddətində iştirakçılara “Sülhü dəstəkləmə hərəkatı”, “Hərbi mülki iş birliyinin təsviri və inkişafı”, “Hərbi mülki iş birliyinə kompleks yanaşma”, “Sülhü dəstəkləmə əməliyyatlarında mülki təşkilatlar”, “Münaqişələr zamanı mülki əhalinin qorunması” və digər mövzulara dair mühazirələr oxunacaq, eləcə də işçi qruplarda müzakirələr və fikir mübadilələri aparılacaq.
Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən olan hərbi qulluqçuların iştirakı ilə keçirilən kurs sentyabrın 29-dək davam edəcək.
Baxış sayı: 1 570
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

