FACT-INFO.AZ » XƏBƏR » "Strateji yol xəritəsinin monitorinqi davam etdirilməlidir"
21-09-2017, 10:20 | XƏBƏR
"Strateji yol xəritəsinin monitorinqi davam etdirilməlidir"

Bu sənəd milli iqtisadiyyatımızın bütün istiqamətlərdə inkişafı üçün çox vacib bir sənəd olmaqla yanaşı qısa, orta və uzun müddəti əhatə etməklə 3 dövrü özündə əks etdirir: 2020-ci ilədək, 2025-ci ilədək və 2025-ci ildən sonrakı dövr. Bələ bir vacib sənədin monitorinq və qiymətləndirmələrinin hər yarım ildən bir keçirilməsi və ilin sonunda Strateji Yol Xəritələrinin icrası üzrə illik monitorinq və qiymətləndirmə nəticələrinin təqdim edilməsi bir daha sənədin əhəmiyyətini ön plana çəkir. Bu cür qiymətləndirmələrin keçirilməsi sənədin praktik sənəd olmasını göstərir.

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatlarında qeyd olunmuş rəqəmlər onu göstərir ki, nəzərdə tutulmuş tədbirlər artıq icra edilməyə başlanılıb, ilkin müsbət tendensiyalar və nəticələr əldə edilib. Bu isə son nəticədə götürülmüş hədəflərin yerinə yetiriləcəyinə böyük inam yaradır.

İqtisadiyyatın çox vacib elementlərindən olan kiçik və orta sahibkarlıq üçün nəzərdə tutulmuş istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi üzrə tədbirlərin 6 faizi artıq icra olunub, 42 faizinin isə icrasına başlanılıb. Müsbət haldır ki, kiçik və orta sahibkarlıq subyektlərinin beynəlmiləlləşdirilməsi və xarici bazarlara çıxış imkanlarının artırılması kimi vacib hədəf artıq 75 faiz səviyyəsində yerinə yetirilmişdir. Milli Məclis tərəfindən qəbul edilmiş bir sıra qanunlar və müzakirələr prosesində olan qanun layihələri bütövlükdə ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması və xarici investorların cəlbi baxımından böyük əhəmiyyət kəsb edəcəkdir. Kredit Zəmanət Fondunun yaradılması sahibkarlığın inkişafı üçün mühüm addımdır.
Maliyyə vəsaitinə əlçatanlığın təmin edilməsi, güzəştlərin verilməsi, kredit faizlərinin subsidiyalarla bağlanması çox vacib məsələlərdəndir. Qeyd etmək lazımdır ki, KOS üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi və qanunvericiliyin təsir analizinin tətbiq edilməsi, kiçik və orta sahibkarlarının fəaliyyətini stimullaşdıran innovasiya strukturunun formalaşdırılması, lizinq və alternativ maliyyə bazarının inkişaf etdirilməsi ilə KOS subyektlərinin maliyyəyə çıxışının asanlaşdırılması kimi hədəflərin yerinə yetirilməsi istiqamətində ilk addımlar hələlik atılmamışdır.

Hesabatda əsas problemlər də müəyyənləşdirilib. Kiçik və orta sahibkarlıq sahəsində əsas problemlər "Tik - idarə et - təhvil ver" modelinin bundan sonra sürətlə inkişaf etdirilməsi ilə bağlı tövsiyələr, özəl sənaye klasterləri, model müəssisə, biznes-inkubatorun yaradılması, startap layihələrinin dəstəklənməsi istiqamətində aparılan işlərin sürətləndirilməsi buna misaldır. Strateji yol xəritəsində sahibkarlığın inkişafında mühüm əhəmiyyət kəsb edən Rəqabət Məcəlləsinin qəbulu və bərabər rəqabət mühitinin yaradılması 2017-2020-ci illərdə nəzərdə tutulub. Yaxşı olardı ki, bu məcəllə tez bir zamanda, 2017-2018-ci ildə qəbul edilsin. Çünki sahibkarlığın normal inkişafı və bərabər rəqabət mühitinin yaradılması üçün bu məcəllə çox vacibdir. Hal-hazırda böyük qisim əhalinin maraq dairəsində olan, uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi üzrə nəzərdə tutulmuş tədbirlərin 23 faizi artıq icra olunub. Bildiyimiz kimi, Yasamal rayonu ərazisində binaların tikintisinə başlanılıb. Kompleksdə orta məktəb və bağça binaları da inşa olunur. Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulmuş bütün prioritetlər üzrə irəliləyişə nail olunub.

İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulmuş işlər müsbət dinamika ilə davam edir. Göründüyü kimi, bu ilin birinci yarısında Azərbaycana gələn turistlərin sayı 24 faiz artıb. Bu dövrdə xarici vətəndaşların Azərbaycanda həyata keçirdiyi bank əməliyyatları 93 faiz artıb. Koordinasiyanın həyata keçirilməsi üçün Turizm Şurasının yaradılması, Milli Turizm Təbliğat Bürosunun təşkili, elektron vizanın verilməsi üçün müddətin 3 gündən 3 saata qədər endirilməsi, Bakı Ticarət Festivalının təşkili bütövlükdə strateji yol xəritələri çərçivəsində aparılan tədbirlər olaraq ölkədə turizmin inkişafına öz töhfəsini verib. Azərbaycanda peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində icrasına başlanılmış tədbirlər 59 faiz təşkil edir. Orta peşə sahəsində ixtisasların sayı 123-dən 154-dək artırılıb. Nəzərə almaq lazımdır ki, son vaxtlar bu sahəyə əhalinin, xüsusilə gənclərin diqqəti çox artmışdır. Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində icra olunmuş və icrasına başlanılmış tədbirlər 44 faiz təşkil edir. TASİM layihəsi ilə bağlı texniki iqtisadi əsaslandırmanın həyata keçirilməsi təmin edilib. Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsində icra olunmuş tədbirlər cəmi 13 faiz təşkil edir. Sumqayıt Kimya Sənaye Parkı, "Daşkəsənfilizsaflaşdırma" ASC, "Azəralüminium" ASC ilə bağlı müəyyən işlər həyata keçirilsə də yeni dəmir filizi çıxarma və polad emalı zavodunun tikilməsi tapşırığına hələ başlanılmamışdır. Azərbaycana idxal olunan məhsulların strukturuna nəzər yetirsək idxalın tərkibində neft və qaz, energetika, kənd təsərrüfatı və digər sahələrdə istifadə edilən avadanlıqların həddən artıq çox olduğunun şahidi oluruq. Strateji Yol Xəritəsində bu sahədəki icra faizi çox aşağıdır. Sənaye sahələri əsas gəlir gətirən sahələrdən biri kimi diqqət mərkəzində olmalıdır ki, bu yolla idxaldan asılılığı azaltmaq olsun.

Şübhəsiz ki, bütövlükdə strateji yol xəritələrinin həyata keçirilməsi Azərbaycan iqtisadiyyatına öz sanballı töhfəsini verəcək. Yol xəritəsinin yerinə yetirilməsi istiqamətindəki şəffaflıq, monitorinq və qiymətləndirmənin vaxtaşırı təşkil olunması ümumi işin xeyrinədir və dövlət başçısının həyata keçirdiyi siyasətə tam uyğundur.

Ümumiyyətlə, strateji yol xəritəsinin monitorinqi bir daha onu sübut edir ki, seçilmiş istiqamətlər düzgündür və bu monitorinqlər davam etdirilməlidir. Bununla yanaşı strateji yol xəritəsinin icrasında hələlik yüksək faizə nail olmayan və vaxtında icrasını yerinə yetirməyən qurumlarda mövcuddur. İlin yekununda bu məsələlər daha aydın görünəcək və onda dövlət qurumlarının işinə daha dəqiq qiymət vermək olacaqdır.

Vahid ƏHMƏDOV Millət vəkili APA




Baxış sayı: 1 591
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30