Sentyabrın 5-də Polşanın Krıniça şəhərində işinə başlamış 27-ci Dünya İqtisadi Forumu bu gün də fəaliyyətini davam etdirib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının baş məsləhətçisi Toğrul Məmmədli bu gün “Şərq Tərəfdaşlığının 8 ili: uğursuzluqlar, nailiyyətlər, gələcək” adlı plenar sessiyada çıxış edib. Azərbaycan – Avropa İttifaqı əməkdaşlığının 25 ili ərzində əldə edilmiş nəticələrə dair statistik məlumatları sessiya iştirakçılarının nəzərinə çatdıran Toğrul Məmmədli, ölkəmizlə Aİ arasında tərəfdaşlığın gələcək perspektivləri, Avropanın enerji təhlükəsizliyi kontekstində Azərbaycanın rolu haqqında danışıb. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan və erməni deputatı Miqran Akopyanın da şərhçi olduğu bu sessiyadakı çıxışı zamanı Toğrul Məmmədli Avropa İttifaqı və Azərbaycan arasındakı əməkdaşlıq əlaqələri ilə yanaşı Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti, iyulun 4-də 2 yaşlı Zəhranın və nənəsinin qətlə yetirilməsi haqqında məlumat verərək Ermənistanı barbar adlandırıb. Qeyd edək ki, Polşada hər il keçirilən və 3000-dən artıq qonağın iştirak etdiyi bu tədbir Mərkəzi və Şərqi Avropanın ən irimiqyaslı konfransı sayılır.
Baxış sayı: 1 718
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

