Azadinform Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, təqsirini boynuna alıb. Müstəntiqlər hesab edirlər ki, 35 yaşlı Andressyan 5 yaşlı uşağı keçmiş həyat yoldaşı Ane Estevezdən intiqam almaq üçün öldürüb. “Ümid edirəm ki, həyatının qalan hissəsində mənim uşağımı qətlə yetirdiyini hər gün xatırlayacaqsan. Qoy sənin qara qəlbin cəhənnəmdə yansın. Mənim sənə yazığım gəlir”, - A.Estevez məhkəmədə bildirib. O, keçmiş ərini “uğursuz, bədbəxt” adlandırıb. A.Andressyan Disneylend gəzintisindən sonra uşağı geri anasına qaytarmayandan sonra onun itməsi haqqında elan verilib. Prokuror deyib ki, 35 yaşlı etnik erməni aprelin 21-də oğlanla attraksiondan çıxandan 6,5 saat sonra onu qətlə yetirib. Uşağın meyitini iyulun 1-də Santa-Barbarada Kaçuma gölünün yaxınlığından aşkarlayıblar. Polis A.Andressyanı iyunun 23-də qətldə şübhəli bilərək həbs etmişdi.
Baxış sayı: 1 543
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

