İkinci Dünya müharibəsi illərində Fransa Müqavimət Hərəkatının əfsanəvi iştirakçısı Əhmədiyyə Cəbrayılovun döyüş yolundan bəhs edən “Generalların önündə” adlı film çəkiləcək. Azərbaycan, Rusiya və Fransa kinematoqrafçılarının müştərək işi olan filmin ssenari müəllifi Anar Ömərovdur. Filmin çəkilişləri barədə AZƏRTAC-a məlumat verən ssenari müəllifi A.Ömərov bildirib ki, ekran işi ilə əlaqədar Şəkidə əfsanəvi partizanın ev-muzeyinə gedərək qəhrəmanın oğlu ilə görüşüb və onun razılığını alıb. Filmin ssenarisi real hadisələrə əsaslanır və partizanın müharibə illərindəki qəhrəmanlıq fəaliyyətini canlandıracaq. Qeyd edək ki, Anar Ömərovun ssenari üzərində apardığı yaradıcılıq işi rusiyalı və fransalı həmkarları tərəfindən yüksək qiymətləndirilib. Xatırlatmaq yerinə düşər ki, Xarko adı ilə tanınan azərbaycanlı partizan Əhmədiyyə Cəbrayılov Fransa müqavimət hərəkatının görkəmli nümayəndəsi, sonradan Fransa prezidenti olmuş general Şarl de Qollun yaxın dostu olub. O, Fransanın Milli Qəhrəmanı fəxri adı, həmçinin “Müharibə Xaçı”, “Hərbi Şücaət Xaçı” və Fransa Müqavimət Hərəkatının medalları ilə təltif olunub.
Baxış sayı: 1 631
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

