FACT-INFO.AZ » XƏBƏR » Tbilisidə Azərbaycan yazıçılarının kitablarının təqdimatı keçirildi
28-07-2017, 08:20 | XƏBƏR
Tbilisidə Azərbaycan yazıçılarının kitablarının təqdimatı keçirildi

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, akademik Nizami Cəfərovun gürcü dilində çapdan çıxan "Azərbaycan xalqının tarixi bioqrafiyası" və "Türk Dünyası İnfo" İctimai Birliyinin sədri, tanınmış jurnalist-şair Dəyanət Osmanlının tərtib etdiyi "Azərbaycan-Gürcüstan: Dostluğun inkişaf yolu" kitablarının Tbilisidə təqdimatı olub.

Tədbirdə Azərbaycanın və Gürcüstanın elm, ictimaiyyət xadimləri, akademik Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin (AYB) müşaviri, yazıçı-jurnalist Elçin Hüseynbəyli, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva, AYB-nin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmət və başqaları çıxış edərək Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə nəşr olunan kitabların Azərbaycan-Gürcüstan dostluğuna və ədəbi-mədəni əlaqələrin inkişafına qiymətli töhfə olduğunu bildiriblər.

Nizami Cəfərov bildirib ki, "Azərbaycan xalqının tarixi bioqrafiyası" kitabı rus, ingilis və ərəb dillərinə tərcümə olunub. Azərbaycan etnosunun tarixi, yaranması və inkişaf yolundan bəhs edən bu kitab nəsillərə nümunədir.

Tədbirdə son illər ölkələrimiz arasında ədəbi-mədəni əlaqələrin inkişaf etdiyi və bu münasibətlərin daha da möhkəmləndirilməsi üçün müxtəlif tədbirlərin, gürcü və Azərbaycan yazıçılarının kitablarının hər iki xalqın dilinə tərcümə olunmasının vacibliyi vurğulanıb.

Dəyanət Osmanlı tərtib etdiyi kitabın məziyyətləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, kitabda dərc olunan əsərlər Azərbaycan və gürcü yazıçılarına, jurnalistlərə məxsusdur.

Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev isə Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişaf səviyyəsindən danışıb. O, ölkələrimiz arasında mədəni əlaqələrin səviyyəsinin daha da yüksəldilməsinin vacibliyini qeyd edib.

Elçin Hüseynbəyli "Azərbaycan-Gürcüstan dostluğu günləri" layihəsi çərçivəsində keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. Bildirib ki, belə tədbirlər iki ölkə arasında dostluq əlaqələrinin inkişafına və daha da möhkəmləndirilməsi işinə xidmət edir.

Yazıçı-tədqiqatçı Mirzə Məmmədoğlu "Azərbaycan xalqının tarixi bioqrafiyası" kitabının gürcü dilinə tərcümə olunmasının əhəmiyyətini yüksək qiymətləndirib. Diqqətə çatdırıb ki, bu nəşr gələcəkdə Azərbaycan və gürcü tarixçiləri tərəfindən yazılacaq kitablar üçün qiymətli mənbə olacaq.

"Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu" kitabın məsləhətçisi Milli Məclisin deputatları, akademik Nizami Cəfərov və Mətbuat Şurasının sədri Əflatun Amaşovdur. (525.az)

 

 

 

 

 

 

 

 

 




Baxış sayı: 1 659
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30