Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi və təşəbbüsü ilə yaradılan “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasının (BEE) Azərbaycan ilə bağlı özbəkdilli versiyasında “Xocalı soyqırımı” adlı bölmə istifadəyə verilib.
“Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasının Azərbaycan ilə bağlı özbəkdilli versiyası 2016-cı ildə istifadəyə verilib və ötən müddət ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Prezident İlham Əliyev, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xankəndi, Şuşa şəhərləri, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti, ermənilərin Qarabağa köçürülməsi, İrəvan şəhəri, İrəvan Dövlət Dram Teatrı, Qız Qalası və onun tarixi, Şəki şəhəri və Şəki xanlarının sarayı adlı bölmələr yaradılıb, mətnlər şəkillərlə zənginləşdirilib.Materialları özbək dilinə şair və tərcüməçi Usman Kuçkar, jurnalist Rüstəm Cabbarov və tərcüməçi Şəhla Qasımova tərcümə edir.
Səhifə ilə bu linkdən tanış olmaq mümkündür: https://uz.wikipedia.org/wiki/Xodjali_genotsidi
Baxış sayı: 1 851
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

