APA-nın məlumatına görə, bunu bu gün müdafiə naziri Zakir Həsənov Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin 40x46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışı mərasimində deyib.
Müdafiə naziri bildirib ki, Silahlı Qüvvələrin bütün qoşun növlərində həyata keçirilən islahatlar ordunun gücünü daha da artırır: “Ordunun silah, döyüş vasitələri və hərbi təyinatlı məhsullarla təchizatı yüksək səviyyədədir. Hərbi təhsil sisteminin gücləndirilməsi ilə bağlı tədbirlər görülür.
Minlərlə hərbçinin mənzil-məişət şəraiti yaxşılaşıb, yeni hərbi hissələr yaradılıb. Görülən işlərin nəticəsidir ki, ordumuz 2016-cı ilin aprelində düşmən üzərində qələbəni təmin edib, işğal edilən torpaqlarımızın bir hissəsi azad olunub.
Silahlı Qüvvələrimiz bütün tapşırıqların öhdəsindən gəlməyə qadirdir”.
Baxış sayı: 1 572
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

