FACT-INFO.AZ » QHT » Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün
Bu gün, 19:30 | QHT
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün
Forum öz işinə rəmzi mənası olan ziyarətlərlə başladı. İştirakçılar ilk olaraq müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin abidəsini ehtiramla yad etdilər. Daha sonra Şərq poeziyasının dühası, Gəncənin simvolu olan Nizami Gəncəvinin məqbərəsi ziyarət olundu. Tədbir iştirakçıları həmçinin Vətən müharibəsi dövründə Ermənistanın terror və müharibə cinayətlərinə məruz qalmış Gəncə sakinlərinin xatirəsinə ucaldılan Memorial Kompleksə gələrək günahsız qurbanların xatirəsini anıb, buraya tər çiçəklər düzdülər.
Gəncə Dövlət Filarmoniyasında təşkil olunan Forumun bədii və vizual hissəsi də zənginliyi ilə seçilirdi. Burada işğaldan azad edilmiş ərazilərimizdə aparılan irimiqyaslı bərpa və quruculuq işlərini, Böyük Qayıdışın möhtəşəm anlarını əks etdirən “Dirçəliş” adlı xüsusi foto və rəsm sərgisi nümayiş etdirildi. Sərgi iştirakçılara Qarabağ və Şərqi Zəngəzurun yeni memarlıq simasını əyani şəkildə görmək imkanı yaratdı.
Hesabat vərəqlərini cıran, süni intellektlə barışan və futbol meydanında ağlayan vətəndaş cəmiyyəti. İşıqlar sönür. Gəncə Dövlət Filarmoniyasının nəhəng zalında yalnız səhnədəki böyük monitorun parıltısı qalır. Noyabrın 5-i səhər saatlarıdır. Monitor ekranda Qarabağın və Şərqi Zəngəzurun yeni memarlıq cizgilərini – “Dirçəliş”i nümayiş etdirir. Zal sükut içindədir. Bu, adətən rəsmi kürsülərdən oxunan quru rəqəmlərin, darıxdırıcı hesabatların sükutu deyil.
Bu, Azərbaycan QHT-lərinin IV Əməkdaşlıq Forumunun ilk saniyələrindən etibarən zalda oturan 400-dən çox insanın hiss etdiyi o fərqli enerjinin başlanğıcıdır. Hamı eyni şablon cümlələri yazarkən, Gəncə bu iki gündə tamamilə fərqli bir şeyə – vətəndaş cəmiyyətinin daxili transformasiya sınağına şahidlik edirdi. Çay fasiləsindəki pıçıltılar: “Bəs bizim kağız layihələr nə olacaq?” Birinci panel başa çatır və hamı pillələrdən axışır. Qəhvə fincanlarının səs küyü arasında ən çox eşidilən söz “Süni İntellekt”dir Bir qədər əvvəl zalda ekspertlər açıq şəkildə elan etdilər: “Əgər təşkilatınız hələ də press-reliz yazmaq üçün ChatGPT-dən istifadə etmirsə və ya böyük verilənləri analiz edə bilmirsə, siz beynəlxalq arenada yoxsunuz!” İllərin
QHT rəhbərlərinin öz aralarında necə mübahisə etdiyini görürəm. Biri digərinə pıçıltı ilə deyir: “Biz hələ də kəndlərdə kağız paylamaqdan danışırıq, amma adamlar neyron şəbəkələrlə informasiya müharibəsi aparırlar.” Gəncə Forumu vətəndaş cəmiyyətinin üzünə güzgü tutdu: ya rəqəmsallaşacaqsan, ya da arxivə çevriləcəksən. Protokolları cıran oyun: Meydandakı protezlər və göz yaşları Noyabrın 5-i günortadan sonra forum tamamilə gözlənilməz bir məkana – futbol meydançasına daşınır. Bu, təqvimdə yazılan sadəcə bir “idman tədbiri” deyil.
Meydançada minadan zərərçəkmiş şəxslər qaçır. Topa hər zərbə vurulanda, protezlərin yaşıl ot üzərindəki səsi eşidiləndə tribunadakı bəzi QHT xanımlarının göz yaşlarını sildiyini görürəm. Bax, bura mətbuat bülletenlərində yazılan o quru “mina təhlükəsinə qarşı mübarizə” cümləsinin canlı formasıdır. Oyundan sonra tərləmiş və yorulmuş oyunçulardan biri yanımızdakı əcnəbi qonağa tərəf dönüb təmiz ingiliscədə deyir: “Biz sadəcə qurban deyilik, biz mübarizə aparırıq.” Həmin an başa düşürsən ki, Azərbaycan QHT-sinin əsl gücü bəyanatlar yox, bu insan hekayələridir. “Ruh axtarışında” olan memarlıq Ertəsi gün Gəncənin o qədim, dahi Nizaminin ruhu bürümüş küçələrindən keçib son panelə daxil oluruq. Mövzu şəhərsalmadır – yaxınlaşmaqda olan Ümumdünya Şəhərsalma Forumunun (WUF13) irsi . Amma burada heç kim sementdən, kərpicdən və ya asfalt yollardan danışmır. Müzakirə daha dərindir: Dövlətin Qarabağda qurduğu “Ağıllı kəndlər”ə QHT-lər sosioloji olaraq necə nəfəs verəcək? İnsanlar geri qayıdanda o divarların arasında hansı mədəni irs yaşayacaq? QHT-lər dövlətin qurduğu infrastruktura sosioloji, ekoloji və mənəvi “ruh vermək” missiyasını öz üzərlərinə götürürlər. Qədim şəhərdən ayrılarkən: Cıbıqlar yox, manifest Noyabrın 6-sı axşamüstü forum yekunlaşır. İştirakçılar Prezident İlham Əliyevə ünvanlanmış müraciəti qəbul edərkən zalda tam fərqli bir səs-küy var idi . Bu, sadəcə növbəti tədbirin bitməsinə sevinən insanların deyil, çiyinlərində yeni və ağır bir yük hiss edənlərin səsidir. Gəncədən ayrılan avtobuslar Bakıya doğru hərəkət edərkən, pəncərədən geridə qalan qədim şəhərin işıqlarına baxıram. IV Əməkdaşlıq Forumu rəsmi hesabatlarda “uğurla başa çatdı” deyə qeyd olunacaq. Amma orada olanlar bilir ki, Gəncədə vətəndaş cəmiyyəti öz köhnə dərisini soyundu və rəqəmsal, dinamik dünyanın reallıqları ilə birbaşa üz-üzə qaldı.
Forumun ən mühüm siyasi-ictimai məqamlarından biri QHT nümayəndələrinin Azərbaycan Respublikasının Prezidentinə ünvanladıqları rəsmi müraciət olub. Bu addım vətəndaş cəmiyyətinin ölkədə aparılan strateji islahatlara və inkişaf prioritetlərinə tam dəstəyini nümayiş etdirir. İmzalanan sənədin fəlsəfəsində dövlət maraqlarının qorunması, milli mənafelər ətrafında sarsılmaz birlik və ölkənin gələcək uğurlarında pay sahibi olmaq məsuliyyəti dayanır.
QHT-lərin Əməkdaşlıq Forumu çərçivəsində keçirilən görüşə və yaradılan səmərəli müzakirə mühitinə görə Sizə və rəhbərlik etdiyiniz kollektivə dərin təşəkkürümüzü bildiririk.
İnanırıq ki, forum çərçivəsində aparılan müzakirələr və qurulan əlaqələr gələcəkdə belə lahiyələr daha səmərəli olacaq.
Təşkilatçılığa, və vətəndaş cəmiyyətinin inkişafında göstərdiyiniz töyfələrə görə bir daha Sizə və Agentliyin bütün kollektivinə təşəkkür edirik.
Dünya ana və uşaqlar içtimai birliyi və dunyaxeber.tv-nin baş redaktoru
Dünyaxanım Əliyeva.


Baxış sayı: 85
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün
Bu gün, 19:30
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub
Bu gün, 10:30
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
Bu gün, 10:00
Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb
Bu gün, 10:00
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Bu gün, 10:00
Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir
Dünən, 10:30
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
Dünən, 10:00
Azərbaycan Zəfər Gününü qeyd edir
Dünən, 10:00
"Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik
7-11-2026, 16:00
44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki
7-11-2026, 15:30
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
7-11-2026, 11:30
Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub
7-11-2026, 11:30
Müstəqilliyimiz qədər dəyərli olan əmanət
7-11-2026, 11:30
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
6-11-2026, 19:30
“Zəfər Salnaməsi” adlı tədbir keçirilib
6-11-2026, 18:00
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
6-11-2026, 18:00
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
6-11-2026, 14:30
Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır
6-11-2026, 14:00
Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir
6-11-2026, 12:30
Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub
6-11-2026, 12:30
Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib
6-11-2026, 12:00
Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb
6-11-2026, 12:00
Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub
6-11-2026, 09:30
“Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub
5-11-2026, 18:30
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib
5-11-2026, 18:00
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb
5-11-2026, 17:00
В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа»
5-11-2026, 16:30
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
5-11-2026, 16:30
Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb
5-11-2026, 13:00
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib
5-11-2026, 11:00
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
