2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsində tarixi Qələbənin əldə olunmasında həlledici mərhələ oldu. Bu Zəfər Azərbaycan xalqının iradəsinin, qəhrəman Azərbaycan Ordusunun gücünün və şəhidlərimizin müqəddəs fədakarlığının təntənəsidir.
Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqını Zəfər Gününün Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyətə malik olduğunu bildirib. Diqqətə çatdırılıb ki, bu gün azad edilmiş torpaqlar doğma insanların nəfəsi ilə isinməkdədir. Xankəndidə, Şuşada, Xocalıda, Ağdərədə və digər ərazilərdə həyat yenidən canlanır, genişmiqyaslı quruculuq və bərpa işləri Azərbaycanın qələbədən tərəqqiyə doğru inamlı addımlarını nümayiş etdirir.
Sonra tədbir iştirakçılarına Əməkdar jurnalist Afət Telmanqızının ssenari müəllifliyi ilə çəkilmiş, 44 günlük Vətən müharibəsini, tarixi Qələbəni və Zəfər ruhunu özündə əks etdirən “Zəfər zəngi” filmi nümayiş olunub.
Tədbir Zəfər Gününün xalqımızın milli yaddaşında əbədi yaşayacağına, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün daim qorunacağına dair çağırışlarla yekunlaşıb.
Baxış sayı: 60
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
