Azərbaycan və İtaliya Müdafiə nazirlikləri arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin hərbi-mülki əməkdaşlıq (CIMIC) üzrə hərbi ekspertlərinin, eləcə də Müdafiə Nazirliyinin baş idarə, idarə və qoşun növlərinin hərbi qulluqçularının iştirakı ilə təlim keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Fact-info.az-a verilən məlumata görə, Şəxsi Heyət Baş İdarəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində təşkil olunan təlim çərçivəsində iştirakçılara hərbi əməliyyatların planlaşdırılması və icrası prosesində hərbi-mülki əməkdaşlığın (CIMIC) rolu və əhəmiyyəti, mülki əhali və müvafiq qurumlarla qarşılıqlı fəaliyyətin təşkili, eləcə də mülki infrastrukturla bağlı məsələlər barədə ətraflı məlumat verilib.
Təlim zamanı italiyalı hərbi ekspertlər tərəfindən hərbi-mülki əməkdaşlığın əsas prinsipləri, tətbiq mexanizmləri və beynəlxalq təcrübəyə dair geniş təqdimat keçirilib, təlim qrupları tərəfindən praktiki tapşırıqlar icra edilib. Həmçinin Azərbaycan və İtaliya tərəfləri arasında bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi və qarşılıqlı mübadiləsi, əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. İştirakçıların sualları ekspertlər tərəfindən cavablandırılıb.
Baxış sayı: 75
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
