Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğu 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib.
Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov çıxış edərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğalına son qoyaraq tarixi ədaləti bərpa etdiyini bildirib.
Baş konsul 44 günlük zəfər salnaməsinin yalnız hərbi qələbə deyil, həm də xalqımızın birliyinin, iradəsinin və şəhidlərimizin fədakarlığının bariz nümunəsi olduğunu vurğulayıb. O, bu əlamətdar günün şəhidlərimizin və qazilərimizin qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq, onlara Vətən sevgisinin və suverenliyin dəyərini aşılamaq baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Qars valisi Ziya Polat isə çıxışında “Bir millət, iki dövlət” anlayışını sevincdə və kədərdə bir olan iki xalqın ortaq taleyinin ifadəsi kimi səciyyələndirib. O, Azərbaycan və Türkiyə arasındakı sıx əlaqələrin ortaq tarixə və mədəniyyətə söykəndiyini vurğulayıb.
Tədbir Qafqaz Universiteti Dövlət Konservatoriyasının müəllim və tələbələrindən ibarət musiqi qrupunun Azərbaycan və Türkiyə mahnılarını ifa etməsi ilə davam edib.
Baxış sayı: 45
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
