Türkiyənin İstanbul şəhərində davam edən 6-cı “Korkut Ata” Türk Dünyası Film Festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası keçirilib.
Azərbaycanın Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin dəstəyi ilə istehsal edilən filmin çəkilişləri 5 ölkədə aparılıb. Film “Azərbaycan irsinə səyahət” silsiləsinə daxildir.
Qarabağın işğaldan azad edilməsindən sonra Azıx mağarasında yerli və xarici mütəxəssislərin iştirakı ilə arxeoloji araşdırmaların bərpa olunması filmin süjet xəttinin əsasını təşkil edir. Buradan yola çıxaraq, filmdə peşəkar arxeoloq və tarixçilərin gözü ilə Azıx mağarasına, onun təkcə Azərbaycanın deyil, ümumilikdə dünya tarixindəki yerinə nəzər salınır. Britaniya, Almaniya, Kanada, Türkiyədən olan antropoloqlar yeni insan növünün formalaşmasında Azıx mağarasının xüsusi rolunun olması fikrini irəli sürürlər.
Sənədli filmdə 2D və 3D qrafik təsvirlərdən, animasiyalardan istifadə olunmaqla Azıx mağarasının quruluşu, zaman keçdikcə necə dəyişməsi, qədim insanın oradakı həyatı və məişəti izah edilir.
Qeyd edək ki, rejissor Atakan Kərküklünün çəkdiyi film 6-cı “Korkut Ata” Türk Dünyası Film Festivalının sənədli film müsabiqəsinə təqdim edilib.
Baxış sayı: 120
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
