FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb
5-11-2026, 13:00 | MƏDƏNİYYƏT
Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb

Milli Kitabxanada 8 Noyabr – Zəfər Günü münasibətilə “8 Noyabr – Zəfər Günü” adlı virtual sərgi və eyniadlı elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim olunub.

Kitabxanadan Fact-info.az-a bildirilib ki, virtual sərgidə  Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbəyə, Azərbaycan Ordusunun qəhrəmanlığına, şəhidlərimizin və qazilərimizin şücaətinə, işğaldan azad olunmuş torpaqlarımızın tarixinə, mədəniyyətinə və zəngin irsinə həsr olunmuş Azərbaycan və xarici dillərdə nəşrlər nümayiş edilib.

“8 Noyabr – Zəfər Günü” adlı elektron məlumat bazasında isə tarixi Qələbəmizə dair kitablar, dövri mətbuat materialları, məqalələr və digər informasiya resursları sistemləşdirilərək istifadəçilərin ixtiyarına verilib. Elektron məlumat bazası mövzu ilə bağlı araşdırma aparan tədqiqatçılar, alimlər, tələbələr və geniş oxucu auditoriyası üçün əhəmiyyətli informasiya mənbəyidir.

Virtual sərgi və elektron məlumat bazasının hazırlanmasında əsas məqsəd 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyətini təbliğ etmək, xalqımızın şanlı Qələbəsini əks etdirən nəşrləri və informasiya resurslarını geniş ictimaiyyətə çatdırmaq, milli yaddaşımızı yaşatmaq və gələcək nəsillərə ötürməkdir.




Baxış sayı: 100
Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır Bu gün, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ Bu gün, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations Bu gün, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir Bu gün, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub Bu gün, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub Bu gün, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür Bu gün, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub Bu gün, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" Bu gün, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30