FACT-INFO.AZ » SİYASƏT » “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb
Bu gün, 17:00 | SİYASƏT
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb

Amerika Birləşmiş Ştatlarının Vitse-prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmək bizim üçün böyük şərəfdir. Biz indicə ikitərəfli gündəliyimizin müxtəlif aspektlərini, həmçinin regional inkişafı müzakirə etdik. İndi isə daha geniş kontekstdə dialoqumuzu davam etdirəcəyik. Biz ölkələrimiz arasında münasibətlərə, xüsusilə son 6 ayda baş verənlərə yüksək dəyər veririk. Bu müddət bizim tərəfdaşlığımız üçün tamamilə möhtəşəm olmuşdur. Son 6 ayda mənim Prezident Trampla iki görüşüm olub. Bu görüşlər və sizin Azərbaycana rəsmi səfəriniz həqiqətən, tərəfdaşlığımızı gücləndirmək üçün qarşılıqlı maraq və qarşılıqlı iradənin olduğunu nümayiş etdirir. Bu gün tərəfdaşlığımız rəsmi şəkildə daha yüksək səviyyəyə qalxacaq. Fəaliyyətin həcmi və komandalarımız arasında qarşılıqlı əlaqələr həqiqətən, yüksəksəviyyəli tərəfdaşlıq ruhunu nümayiş etdirir.

Fact-info.az xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 151-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı fevralın 10-da Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens ilə geniş tərkibdə görüşündə çıxışı zamanı söyləyib.

Çoxcildliyin bu kitabında toplanmış materiallar 2026-cı fevralından mart ayınadək olan dövrü əhatə edir.

Bu nəşrdə dövlət başçısının Almaniya Federativ Respublikası və Serbiya Respublikasına rəsmi, Amerika Birləşmiş Ştatlarına işgüzar səfərlərinə, Sülh Şurasının ilk iclasında, Təhlükəsizlik Şurasının, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və “Yaşıl enerji” Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunda iştirakına dair materiallar toplanıb.

Kitabda, həmçinin ABŞ-nin Vitse-prezidentinin, Efiopiya Federativ Demokratik Respublikasının Baş nazirinin ölkəmizə səfərlərinə, “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanması mərasiminə, dövlətimizin başçısının Avropa İttifaqı Şurasının Prezidenti ilə təkbətək görüşünə, Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışı mərasimində iştirakına aid materiallar, o cümlədən Azərbaycan telekanallarına, “France-24” telekanalına müsahibələri yer alıb.

Çoxcildliyin buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.

Bu cildin hazırlanmasında da Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.




Baxış sayı: 70
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Bu gün, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Bu gün, 17:00 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Bu gün, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30