FACT-INFO.AZ » XƏBƏR » Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib
Bu gün, 18:00 | XƏBƏR
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Fact-info.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Dəyərli qardaşım.

Ölkənizin şanlı bayramı - Zəfər Günü münasibətilə Sizi - əziz qardaşımı və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik etməkdən, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Sizin müdrik və ardıcıl siyasətiniz, yüksək rəhbərlik məharətiniz və Vətənin taleyi naminə göstərdiyiniz əsl fədakarlıq sayəsində Azərbaycan xalqının çoxəsrlik arzu və istəkləri altı il bundan əvvəl tam gerçəkləşərək tarixi ədalətin bərpası və dövlətin ərazi bütövlüyünün təmin edilməsi kimi möhtəşəm nəticələr əldə olundu.

Ölkənin siyasi, diplomatik və hərbi potensialının vahid məqsəd naminə səfərbər edilməsi istiqamətində göstərdiyiniz böyük səylər, həmçinin Azərbaycan xalqının nümayiş etdirdiyi misilsiz qəhrəmanlıq və mətanət bu tarixi Qələbənin mühüm amilləri oldu.

Şübhəsiz ki, bu möhtəşəm bayram ölkənizin sülh və əmin-amanlıq, sabitlik və ardıcıl tərəqqi yolunda irəliləməsinə, gələcək nəsillərin vətənpərvərlik və milli dəyərlərə hörmət ruhunda tərbiyə olunmasına xidmət edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, bu il Bakı, Daşkənd və Buxara şəhərlərində Sizinlə keçirdiyimiz bir sıra önəmli görüşlər, səmərəli danışıqlar və əldə olunmuş mühüm razılaşmalar çoxşaxəli münasibətlərimizin tarixində yeni səhifə açmışdır.

Xüsusilə, Əbədi Dostluq haqqında Müqavilənin imzalanması ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi istiqamətində mühüm praktiki addım olmuşdur.

Əminəm ki, birgə səylərimiz nəticəsində qarşılıqlı faydalı və uzunmüddətli münasibətlərimiz gələcəkdə də tarixən yaxın və qardaş xalqlarımızın ümumi rifahı naminə, mövcud böyük potensialımıza uyğun olaraq ardıcıl şəkildə dərinləşməkdə davam edəcəkdir.

Fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və davamlı tərəqqi arzulayıram”.




Baxış sayı: 80
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Bu gün, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Bu gün, 17:00 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Bu gün, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30