FACT-INFO.AZ » XƏBƏR » Aziz Sancar: “Həyatımda dərin iz buraxan bir həftə yaşadım”
19-06-2017, 10:05 | XƏBƏR
Aziz Sancar: “Həyatımda dərin iz buraxan bir həftə yaşadım”

Ölkəmizdə səfərdə olan ABŞ-ın Şimali Karolina Universitetinin professoru, Nobel mükafatı laureatı Aziz Sancar iyunun 18-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) mətbuat konfransı keçirib.

A.Sancar Azərbaycan alimlərinin zəngin biliyə malik olduqlarını, çox faydalı işlər gördüklərini bildirib.

Nobel mükafatçısı ölkəmizdə nano-texnologiyalar sahəsində görülən işləri yüksək qiymətləndirib.

Jurnalistlərin diabet və xərçəng xəstəliklərinin yaranması və müalicəsi ilə bağlı suallarını cavablandıran alim bildirib ki, sözügedən xəstəliklərin müalicəsi hələ də tam olaraq tapılmayıb. Diabetlə ən yaxşı mübarizə üsulu sağlam həyat tərzidir. Amma sağlamlığın qeydinə hər hansı bir xəstəliyə tutulmazdan əvvəl qalmaq lazımdır. Xərçəngdən qorunmaq üçün isə ən azı siqaretdən imtina etmək olar: “Dünyada xərçəng xəstəliyinin təqribən 30 faizi siqaret çəkməyin fəsadıdır. Dünya alimləri bu istiqamətdə çalışırlar. Onlar müəyyən uğurlar əldə ediblər, ancaq xərçəng xəstəliyinin tam müalicəsinin nə vaxt tapılacağını söyləmək çətindir”,- deyə Nobel mükafatçısı vurğulayıb.

Son illərdə texnologiyaların inkişafı nəticəsində xərçəng xəstəliyinin artması ilə bağlı səslənən iddialara münasibət bildirən A.Sancar qeyd edib ki, bunu sübut edə biləcək heç bir dəlil yoxdur.

“Bir daha dünyaya gəlsəm, müəllimlik peşəsini seçərdim”,-deyən alim bildirib ki, müəllimlik həqiqətən də müqəddəs peşədir. Müəllimlər millətin gələcəyini müəyyən edirlər.

Nobelin əsas meyar olmadığını vurğulayan alim bu mükafata layiq görülməmişdən əvvəl də adının dərsliklərdə qeyd olunduğunu bildirərək deyib: “1982-ci ildən mənim adım biokimya ilə bağlı dərsliklərdə çəkilir. Nobel mükafatına layiq görülməyim isə məni bu sahə ilə məşğul olmayan insanlara da tanıtdı”.

Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən A.Sancar bildirib: “Həyatımda dərin iz buraxan bir həftə yaşadım. Bunun üçün sizə minnətdaram".

 

 

 

 

 

 

 




Baxış sayı: 1 516
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30