FACT-INFO.AZ » CƏMİYYƏT » Şəfa verən əllər – Kamil Bəkirov
20-10-2026, 13:30 | CƏMİYYƏT
Şəfa verən əllər – Kamil Bəkirov

Sündü kəndində fəaliyyət göstərən muzeydə keçirilən tədbirlər və görüşlər ənənəvi xarakter almışdır. Belə bir görüş bu günlərdə Kamil həkimlə keçirilmişdir. Muzeyin təşkilatçısı Ziya Məlikov öncə tədbir iştirakçılarını salamlamış və bildirmişdir ki, həkimlik çox nəcib və məsuliyyətli bir peşədir. İnsanların sağlamlığını qorumaq, onlara ömür bəxş etmək, yaşatmaq kimi şərəfli bir vəzifədir. Uzun müddət insanların sağlamlığı keşiyində durmuş həkimlərdən biri də görüşünə gəldiyimiz həmyerlimiz Bəkirov Kamil Əli oğludur.

Əməkdar müəllim İdris Alcanov Kamil həkimin fəaliyyəti barədə geniş məlumat verir. İdris müəllim  rayonumuzda tibb ocaqlarinin əvvəlki illərdən indiyə kimi fəaliyyət göstərməsini xronoloji ardıcılıqla izah etmişdir. Deyərdim ki, bu ayrıca bir kitabın materialıdır. Müəllim qeyd etdi ki, görüşünə toplaşdığımız Kamil həkim 25 sentyabr 1953 –cü ildə Samaxı rayonunun Sündü kəndində anadan olmuşdur. 1969-cu ildə həmin kənd məktəbinin tam kursunu bitirmişdir. Sonra Azərbaycan Dövlət Tibb İnstitunun müalicə - profilaktika fakültəsinə daxil olmuş, 1975 –ci ildə institutu müvəfəqiyyətlə başa vurmuşdur. Respublika Klinik Xəstəxanasında internatura keçərək, həkim- terapevt ixtisasına yiyələnmişdir. 1976-1981 –ci illərdə Xilmilli və Sündü kəndlərində baş həkim vəzifəsində çalışmışdır. Sonra Səhiyyə Nazirliyinə dəvət almışdır. 1983 –cü ildə Mingəçevir Şəhər Birləşmiş xəstəxanasına baş həkim təyin edilmişdir. 1989 –cu ildə Şəfqət və Sağlamlıq Fondunun təsis konfransında İdarə heyətinin sədr müavini seçilmişdir. 1990 –cı ilin sentyabrında yeni yaradılmış Qobustan rayonunda səhiyyə işinin təşkil edilməsi məqsədilə həmin rayonun Mərkəzi Xəstəxanasına  baş həkim təyin edilir. O vaxt cəmi bir kənddə səhiyyə xidməti olan rayonda, qısa müddət ərzində otuz bir kənddə  səhiyyə xidməti təşkil olunmuşdur. 1994-1996- cı illərdə Bakı Səhiyyə İdarəsində çalışmış, 1999-cu ildən Baş İdarənin müalicə- profilaktika şöbəsinə təyin edilmişdir. 2000-ci ildən etibarən Nərimanov rayon Səhiyyə Şöbəsində rəhbər vəzifədə çalışmışdır. Kamil Bəkirov 4 övlad atasıdır. Övladlarından ikisi onun yolunu davam etdirir. Işlədiyi dövrdə dəfələrlə fəxri fərman və diplomlarla təltif olunmuş, eləcə də “səhiyyə əlaçısı” adına layiq görülmüşdür.

Əməkdar müəllim Əhməd Seyidəhmədov çıxışında bildirdi ki, hamımızın sevimlisi Kamil həkim haqqında söz demək mənim üçün də fəxrdir. Onun mənalı həyatı bir daha təsdiqləyir ki, o, şan-şöhrət arxasınca qaçmamış, həyatının mənasını namusla xidmətdə, xeyirxah insan kimi yaşamaqda görmüşdür. Həmişə yolun açıq olsun, Kamil həkim. Qoy, müvəffəqiyyət sizi heç zaman tərk etməsin! Bir daha Ulu Tanrıdan sizin üçün uzun ömür və can sağlığı diləyirəm. 

Rövşən müəllim Kamil həkimlə bağlı ürək sözlərini bildirdi və vaxtında bu həkimin ailələrinin sağlamlığı durumundan yararlandığını dilə gətirdi. 

Əsgər həkim çıxşında vaxtilə bu həkimlə çiyin-çiyinə işlədiyini və onun sayəsində rayonun kəndlərində həkim məntəqələrinin sayının artdığını, ixtisaslı həkimlərin xəstəxanaya cəlb olunmalarını təmin etdi.

Vaxtilə o dövrdə məsul vəzifədə çalışmış Aftandil Şikarov Kamil həkimin gördüyü səmərəli işlərindən danışdı. Rayon Mərkəzi Xəstəxanası onun sayəsində müasir tibbi avadanlıqlarla təchiz olundu. Mən də onun əmək fəaliyyətində əlimdən gələn köməyi əsirgəmirdim. O həm də sadəliyi ilə seçilirdi. 

Səhhəti ilə bağlı tədbirdə iştirak edə bilməyən Nəriman müəllim videoçarx  vasitəsilə yaxın qohumu Kamil həkimlə bağlı xoş xatirələrini söylədi.

Qonaqlardan Musa müəllim və Məhəmməd müəllim də həkimlə bağlı öz ürək sözlərini bildirərək, ona sağlam, uzun ömür arzuladılar. Kənd sakini Hacı Güloğlan, Kamil Bəkirovun sinif yoldaşları – Ramiz, Payızəli, Bayram və həmin dövrdə xəstəxananın baş mühasibi işləyən Rafiq Əkbərov da onunla bağlı xoş təəssüratlarını bildirdilər.  Şikar Şikar adına Sündü kənd tam orta məktəbinin şagirdləri – Canquluyeva Sevil, Cəbiyeva Nazdar, Məlikli Aysu, Söhbətova Ləman  həkimə peşəsi ilə bağlı suallarla müraciət etdilər. Suallar dolğun şəkildə cavablandırıldı. Çıxışlar arası musiqi nömrələrinə də yer verildi. 
Sonda Kamil həkim bu yüksək tədbirə görə təşkilatçı Ziya Məlikova və tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi. Mənim bir həkim kimi formalaşmağımda istər orta məktəb, istərsə də ali məktəb müəllimlərimin əməyi danılmazdır. Bir daha mənimlə bağlı təçkil olunan bu tədbirə qatıldığınız üçün hamınızı alqışlayıram.


Məhəmməd Bayramov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü







Baxış sayı: 610
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30