Ölkənin texnoloji inkişafının sürətləndirilməsi, müasir çağırışlara uyğun mütəxəssislərin hazırlanması, gənclərin bu sahədə bilik və bacarıqlarının artırılması qarşıda duran əsas vəzifələrdəndir.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “AI Academy”nin ilk Məzun Günü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Nazir müavini bildirib ki, texnologiyalar həyatın bütün sahələrinə nüfuz edir və bu prosesdə Azərbaycanın rəqabətqabiliyyətliliyinin artırılması xüsusi əhəmiyyət daşıyır.
“Bu baxımdan, süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi, innovativ yanaşmaların təşviqi və ixtisaslı kadr potensialının gücləndirilməsi vacibdir. Gənclərin müasir texnologiyalara yiyələnməsi və əldə etdikləri bilikləri praktikada tətbiq etməsi ölkənin gələcək inkişafına töhfə verəcək. “AI Academy” kimi təşəbbüslər isə bu istiqamətdə yeni imkanlar yaradır”, - deyə nazir müavini qeyd edib.
Baxış sayı: 100
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
