Orta Dəhliz mövzusu Asiya ilə Avropa arasında sabit və təhlükəsiz bağlantılara artan tələbat fonunda xüsusi aktuallıq kəsb edir. Dünyada geosiyasi gərginliklərin baş verdiyi, bu böhranların isə hələ də həllini tapmadığı bir şəraitdə Orta Dəhliz marşrutu üzərində yerləşən ölkələr sabit və etibarlı əlaqələr axtarırlar.
Bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Orta Dəhliz və onun perspektivləri: Azərbaycan, Koreya və Avrasiya bağlantılarının gələcəyi” mövzulu tədbirdə deyib.
O qeyd edib ki, beynəlxalq platformalar və təşkilatlar bu baxımdan mühüm əhəmiyyət daşıyır. Məhz ötən həftə Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünə ev sahibliyi edib. Bundan əvvəl Azərbaycanın Avropa İttifaqı və digər beynəlxalq platformalarla da fəal əlaqələri mövcuddur. “Eyni zamanda, ölkəmiz Türk Dövlətləri Təşkilatının əsas hərəkətverici qüvvələrindən biridir. Düşünürəm ki, bu gün müzakirə olunacaq məsələlər, xüsusilə Orta Dəhliz vasitəsilə yükdaşımaların həcminin artması və ticarət əlaqələrinin genişlənməsi bu istiqamətdə atılan addımların əhəmiyyətini nümayiş etdirir”, - deyə İdarə Heyətinin sədri vurğulayıb.
Baxış sayı: 120
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
