FACT-INFO.AZ » İQTİSADİYYAT » Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir
19-10-2026, 17:00 | İQTİSADİYYAT
Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun azadlığına qovuşdurduğu Qarabağda və Şərqi Zəngəzurda infrastruktur bərpa olunur, yeni həyat qurulur. Yeni yollar, evlər, məktəblər inşa edilir. Azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri təkcə infrastrukturun yenidən yaradılması deyil, həm də tarixi yaddaşın və sosial həyatın bərpasıdır. Doğma yurduna qayıdan hər bir ailə üçün yeni ev, iş yeri və əlçatan dövlət xidmətləri gələcəyə inamın mühüm dayaqlarıdır. Qarabağda və Şərqi Zəngəzurda getdikcə genişlənən DOST xidmətləri şəbəkəsi də Böyük Qayıdış prosesinin sosial təminat istiqamətində mühüm tərkib hissəsidir.

Fact-info.az xəbər verir ki, sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan DOST layihəsi Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsüdür. 2019-cu ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyi və ilk DOST Mərkəzinin açılışı olub. Dövlətimizin başçısı açılış tədbirində çıxışı zamanı deyib: “Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır - islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək”.

Bu gün DOST mərkəzlərində 15 istiqamət üzrə 164 xidmət “bir pəncərə” prinsipi əsasında təqdim olunur. İndiyədək 5 milyona yaxın vətəndaş DOST xidmətlərindən faydalanıb. Vətəndaşların göstərilən xidmətlərdən məmnunluq səviyyəsi isə 98,9 faiz təşkil edir.

Qarabağda və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi mərhələli şəkildə genişləndirilir. Bu istiqamətdə ilk addım Zəngilan rayonunun Ağalı kəndində atılıb. DOST-un işğaldan azad edilmiş ərazilərdə fəaliyyət tarixinin başlanğıcı da məhz bu kəndlə bağlıdır. 2022-ci ilin mayında Zəngilanın Ağalı kəndində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılan ilk “Smart DOST” məntəqəsi “Ağıllı kənd” layihəsinin mühüm tərkib hissəsi oldu.

“Smart DOST” məntəqəsi dövlət xidmətlərini kənd sakinlərinin yaşadığı əraziyə gətirməklə onların gündəlik həyatını asanlaşdırır. Ağalıya köçən ailələr pensiya, müavinət və digər sosial təminat məsələləri ilə bağlı uzaq məsafə qət etmədən, yaşadıqları kənddə xidmətlərdən yararlana bilirlər. “Smart DOST” vətəndaşlara onlayn rejimdə 100-dən çox xidmətdən yararlanmaq imkanı yaradır. Məntəqədə çalışan əməkdaşların da Ağalı sakinləri olması yerli məşğulluğun dəstəklənməsi baxımından əhəmiyyətlidir.

2023-cü il avqustun 7-də Prezident İlham Əliyevin iştirakı ilə Bərdə şəhərində Qarabağ Regional DOST Mərkəzinin açılışı olub. Mərkəz qeydiyyat yerindən asılı olmayaraq, bütün vətəndaşlara xidmət göstərir. Mərkəz bölgə əhalisinin sosial xidmətlərə çıxışını asanlaşdırmaqla yanaşı, peşə hazırlığı və reabilitasiya imkanlarının genişləndirilməsinə də töhfə verir.

Mərkəzin nəzdində Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi də açılıb. 7 emalatxana, 8 sinif və təlimat otağı, eləcə də Peşəyönümü və Karyera Mərkəzi, inzibati və texniki otaqlardan ibarət olan həmin mərkəzdə 48 peşə istiqaməti üzrə tədrisin həyata keçirilməsi üçün hər bir şərait yaradılıb. Bu imkanlar bölgə sakinlərinin yeni peşələrə yiyələnməsi, əmək bazarına inteqrasiyası və məşğulluq imkanlarının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Qarabağ Regional DOST Mərkəzində fəaliyyət göstərən “RehaPoint” – Reabilitasiya Məntəqəsində isə bölgə sakinlərinə reabilitasiya xidmətləri göstərilir.

Qarabağda DOST xidmətlərinin növbəti ünvanı mədəniyyət paytaxtımız Şuşa oldu. Prezident İlham Əliyev 2024-cü il iyulun 5-də Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak etdi.

Mərkəzin yerləşdiyi keçmiş poçt binası və ətraf ərazi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən əsaslı şəkildə yenidən qurulub, geniş yaşıllıq zonası salınıb. Dördmərtəbəli binada Şuşa DOST qəbul şöbəsi və “ASAN xidmət”, KOB evi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin filialları fəaliyyət göstərir. Mərkəzin diqqətçəkən xüsusiyyətlərindən biri də yerli sakinlərin məşğulluğuna verdiyi töhfədir. Burada yaradılan iş yerlərinin hamısında Şuşa sakinləri çalışırlar.

Beləliklə, Dövlət Xidmətləri Mərkəzi həm vətəndaşların xidmətlərə çıxışını təmin edir, həm də doğma şəhərinə qayıdan insanların burada işləməsinə və həyatlarını yenidən qurmasına imkan yaradır.

Böyük Qayıdış Proqramına uyğun olaraq Kəlbəcərdə də dövlət xidmətlərinə rahat çıxış təmin olunub. Rayonda fəaliyyətə başlayan DOST məntəqəsi öz yurduna qayıdan sakinlərə xidmət göstərir. Məntəqədə xidmətlər “bir pəncərə” prinsipi əsasında, müasir, çevik və şəffaf mexanizmlərlə təqdim olunur. Burada vətəndaşlara məşğulluq, sosial müdafiə xidmətləri ilə yanaşı, sahibkarlıq təşəbbüslərinə dəstək imkanları da yaradılıb. Kəlbəcər DOST məntəqəsinin fəaliyyəti sakinlərin sosial xidmətlərə rahat çıxışını təmin edir, gündəlik sosial təminat məsələlərinin yaşadıqları ərazidə həllinə şərait yaradır. Bu məntəqə Qarabağ Regional DOST Mərkəzinin xidmət əhatəsini genişləndirərək Böyük Qayıdışla paralel olaraq bölgədə sosial xidmət infrastrukturunun inkişafına töhfə verir.

İşğaldan azad edilmiş ərazilərdə DOST şəbəkəsinin qurulması istiqamətində növbəti addım Füzuli şəhərində atılıb. Qarabağ Regional DOST Mərkəzinin Füzuli DOST məntəqəsi fəaliyyətə başlayıb. Mobillik və konstruktivlik elementləri ilə müasir üslubda layihələndirilən Füzuli DOST məntəqəsi gün ərzində 120-dək vətəndaşı qəbul edə bilir. Yeni məntəqə Füzuliyə qayıdan sakinlərin sosial xidmətlərə daha rahat çıxışını təmin etməklə DOST şəbəkəsinin bölgədəki əhatə dairəsini genişləndirir.

Ağalıdan Bərdəyə, Şuşadan Kəlbəcərə və Füzuliyə qədər genişlənən DOST şəbəkəsi doğma yurduna qayıdan vətəndaşların sosial müdafiə və məşğulluq xidmətlərinə daha rahat çıxışını reallaşdırır.

Qarabağ yenidən qurulur. Bu qurulan həyatın içində DOST da var – vətəndaşa “Sən tək deyilsən, dövlət sənin yanındadır” deyən DOST.




Baxış sayı: 105
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30