Qazaxıstanda süni intellekt texnologiyalarının tətbiqi nəticəsində kömür ehtiyatlarının həcminin hesablanmasına sərf olunan vaxt 10 gündən 20 dəqiqəyə endirilib.
Qazaxıstanın Energetika Nazirliyi xəbər verir ki, “Samruk-Energo” şirkəti süni intellekt texnologiyalarından enerji avadanlıqlarının diaqnostikası, istehsalat təhlükəsizliyinə nəzarət və enerji infrastrukturu obyektlərinin yoxlanılması üçün istifadə edir.
Bildirilib ki, pilotsuz uçuş aparatları və süni intellekt texnologiyalarının tətbiqi elektrik verilişi xətlərinin, dayaqların və transformatorların yoxlanılması müddətini 5-10 dəfə azaldıb.
Bundan əlavə, şirkət elektrik enerjisi istehsalının 24-72 saat əvvəldən proqnozlaşdırılması üçün süni intellekt modelləri tətbiq edir. Layihənin məqsədi proqnozların dəqiqliyini 80 faizə çatdırmaqdır.
Baxış sayı: 110
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
