Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünüqiymətləndirmə təlimi başa çatıb.
Müdafiə Nazirliyindən Fact-info.az-a bildirilib ki, təlimin gedişini Nazirliyin yüksəkrütbəli hərbi qulluqçuları, NATO nümayəndə heyəti və monitorinq qrupu izləyib.
Əvvəlcə təlimin ssenarisi, gedişatı, təhlükəsizlik qaydaları və qiymətləndirmə haqqında ətraflı məlumat verilib, qarşıda duran məqsədlər izah olunub.
Sonra təlim iştirakçıları tərəfindən tapşırıqlar praktiki olaraq yerinə yetirilib.
Bölmələrin fəaliyyəti, həmçinin şəxsi heyətin hazırlığı, bilik və bacarıqları təlimin gedişatını izləyənlər tərəfindən yüksək qiymətləndirilib.
Sonda fərqlənən hərbi qulluqçulara sertifikat, fəxri fərman və digər mükafatlar təqdim edilib.
Baxış sayı: 120
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
