FACT-INFO.AZ » SİYASƏT » Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib
Bu gün, 10:00 | SİYASƏT
Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə ABŞ-nin paytaxtı Vaşinqtonda “Neft və İkona” adlı sərgi-konsert proqramı təşkil edilib.

Amerika Dövlətləri Təşkilatının mənzil-qərargahında Azərbaycanın ABŞ-dəki səfirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə ABŞ dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Azərbaycanın ABŞ-dəki səfiri, eyni zamanda Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisi Xəzər İbrahim Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünün xüsusi tarixi əhəmiyyət daşıdığını vurğulayıb. Səfir 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyasında ilk demokratik respublika olduğunu xatırladaraq, müasir Azərbaycan dövlətinin həmin Cümhuriyyətin siyasi və mənəvi varisi olduğunu, onun zəngin irsinin və təməl dəyərlərinin bu gün də qorunub yaşadıldığını qeyd edib.

Azərbaycanın zəngin neft irsinə toxunan diplomat yaxın günlərdə Pensilvaniya ştatının Oyl-Siti şəhərinə səfər edəcəyini bildirib. O, Azərbaycanla qardaşlaşma əlaqələri olan bu şəhərlə əməkdaşlığın neft sənayesinin tarixi köklərinin Azərbaycana gedib çıxdığını Amerika ictimaiyyətinə tanıtmaq baxımından əhəmiyyətini vurğulayıb.

Səfir qeyd edib ki, Azərbaycanın neft irsinin əsas dəyəri yalnız zəngin təbii sərvətlərində deyil, həmin sərvətlərin ölkənin inkişafına, xüsusilə təhsilə və insan kapitalının formalaşdırılmasına yönəldilməsindədir. Bu xüsusda, Azərbaycan Xalq Cümhuriyyəti dövründə neft gəlirləri hesabına istedadlı gənclərin Avropanın aparıcı universitetlərində təhsil almağa göndərildiyini diqqətə çatdırıb. Səfir bu ənənənin sovet dövründə Ümummilli Lider Heydər Əliyev tərəfindən davam etdirildiyini, onun təşəbbüsü və dəstəyi ilə azərbaycanlı gənclərin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı qazandığını vurğulayıb. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin uğurla davam etdirildiyini qeyd edən diplomat dövlət təqaüd proqramları çərçivəsində dünyanın qabaqcıl universitetlərinə qəbul olunan azərbaycanlı tələbələrin təhsil xərclərinin dövlət tərəfindən qarşılandığını bildirib. Səfir “qara qızılın insan kapitalına çevrilməsi” strategiyasının Azərbaycanın uzunmüddətli inkişaf siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayaraq, ölkəmizin yalnız öz gənclərinin xaricdə təhsilini dəstəkləmədiyini, eyni zamanda Amerika Dövlətləri Təşkilatına üzv ölkələrin vətəndaşlarına da Azərbaycanda təhsil almaq üçün təqaüdlər təqdim etdiyini diqqətə çatdırıb.

Diplomat, həmçinin Azərbaycan ilə ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə töhfə verdiyini bildirib.

Panamanın Amerika Dövlətləri Təşkilatı yanında səfiri Ana İrene Delqado mədəni diplomatiyanın əhəmiyyətindən danışaraq incəsənət və musiqinin xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsində mühüm rol oynadığını qeyd edib.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova xalçaçılıq sənətinin Azərbaycan xalqının milli-mədəni kimliyinin ayrılmaz hissəsi olduğunu bildirib. O qeyd edib ki, xalça yalnız dekorativ sənət nümunəsi deyil, xalqın əsrlər boyu formalaşmış dünyagörüşünü və mənəvi dəyərlərini yaşadan irsdir. Direktorun sözlərinə görə, sərgidə Azərbaycanın Əməkdar rəssamı İrina Eldarovanın 20-yə yaxın əsəri təqdim olunub. Ekspozisiyada 2024-cü ildə Venesiya Biennalesində nümayiş etdirilmiş layihənin davamı olan yeni kompozisiyalar, həmçinin Milli Xalça Muzeyində hazırlanmış Merilin Monronun relyef xalça portreti yer alıb. Sərgidə kişi qalstuklarından hazırlanmış, Səttar Bəhlulzadənin “Xəzər gözəli” əsərinə və Merilin Monroya həsr olunmuş iki qurama pano da nümayiş etdirilib.

“Smithsonian” İnstitutunun Milli Təbiət Tarixi Muzeyinin tədqiqatçı antropoloqu Pol Teylor çıxışında Azərbaycanın neft sənayesi ilə mədəni irsinin qorunması arasındakı əlaqələrdən danışıb. O, Bakı–Tbilisi–Ceyhan neft və Cənubi Qafqaz qaz boru kəmərlərinin tikintisi zamanı həyata keçirilən arxeoloji tədqiqatların əhəmiyyətini xüsusi vurğulayıb. Tədqiqatçının sözlərinə görə, bu layihələrin icrasından əvvəl Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərində aparılan araşdırmalar zamanı çoxsaylı arxeoloji tapıntılar aşkar edilib, tarixi və mədəni abidələrin qorunması üçün tədbirlər görülüb.

Tədbirdə Əminə Məlikovanın “Xalçalarda xoşbəxtlik: Xalçanın sizi xoşbəxt edə bilməsinin 10 səbəbi” kitabı, “Smithsonian” İnstitutunun nəşr etdiyi “Boru kəmərləri dəhlizində keçmiş və gələcək irs: Azərbaycan, Gürcüstan, Türkiyə” kitabı, eləcə də Lalə Sərdarlının kuratorluğu ilə hazırlanmış “Art-terapiya: Mədəniyyətin və sağlamlığın keşiyində” layihəsi təqdim olunub.

Rəsmi hissədən sonra Azərbaycanın əməkdar artisti, pianoçu Nərgiz Əliyarovanın ifasında konsert proqramı keçirilib. Konsertdə Qara Qarayev, Fikrət Əmirov, Faiq Sücəddinov və Frederik Şopenin əsərləri, eləcə də “Sarı gəlin” Azərbaycan xalq mahnısının fortepiano üçün işlənmiş versiyası səsləndirilib.




Baxış sayı: 95
Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Bu gün, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Bu gün, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Bu gün, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Bu gün, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Bu gün, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Bu gün, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb Dünən, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür Dünən, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 Dünən, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib Dünən, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb Dünən, 18:00 Baku Declaration adopted Dünən, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır Dünən, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub Dünən, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb Dünən, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb Dünən, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00 Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir 13-10-2026, 20:30 Şair, publisist Ağatahir Cəbirli yazır:  Ana Yurdum, sən ey nurlu səhərim! 13-10-2026, 20:05 Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı 13-10-2026, 19:30 Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var 13-10-2026, 18:30 Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib 13-10-2026, 18:00 Qazaxıstan ərazisindən tranzit yükdaşımalarının həcmi 13 faizdən çox artıb 13-10-2026, 16:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031