FACT-INFO.AZ » İQTİSADİYYAT » Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb
15-10-2026, 21:00 | İQTİSADİYYAT
Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb

“Müasir Qadın və Cəmiyyət” İctimai Birliyi qadın sahibkarların iqtisadi fəallığının artırılması, biznes fəaliyyətində innovativ yanaşmaların təşviqi və kiçik və orta biznes subyektlərinin rəqəmsal imkanlarının genişləndirilməsi istiqamətində mühüm layihə həyata keçirib.

Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qadınların iqtisadi fəallığının artırılmasına dəstək” layihəsinin əsas məqsədi Azərbaycanda kiçik və orta bizneslə məşğul olan qadın sahibkarların innovativ marketinq, PR və brendləşmə imkanlarını genişləndirmək, onların məhsul və xidmətlərinin rəqəmsallaşdırılmasına dəstək olmaq, eləcə də KOB subyektlərinin innovativ inkişafına töhfə verməkdir.

00001. 

Layihə çərçivəsində təhsil, qida istehsalı, kənd təsərrüfatı, turizm və digər sahələrdə fəaliyyət göstərən 15 qadın sahibkara texniki və innovativ dəstək göstərilib. Sahibkarların istehsal etdikləri məhsul və təqdim etdikləri xidmətlərin daha geniş auditoriyaya çatdırılması, müasir kommunikasiya vasitələrindən istifadə imkanlarının artırılması və rəqabət qabiliyyətlərinin gücləndirilməsi məqsədilə innovativ proqram tətbiqi hazırlanıb, həmçinin marketinq, PR və brendləşmə istiqamətlərində dəstək təmin edilib.

00002. 

“Brand Story” – sahibkar və istehlakçı arasında innovativ kommunikasiya körpüsü

Layihənin mühüm nəticələrindən biri “Brand Story” adlı innovativ proqram tətbiqinin hazırlanması və tətbiqi olub. Proqram vasitəsilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb, istehlakçıların məhsullar haqqında daha rahat, əlçatan və ətraflı məlumat əldə etməsi üçün yeni imkanlar yaradılıb.

“Brand Story” proqramı sahibkarların məhsullarını daha effektiv təqdim etməsinə, istehlakçılarla birbaşa kommunikasiya qurmasına və məhsulun xüsusiyyətləri barədə məlumatların daha əlçatan formada çatdırılmasına xidmət edir. Bu yanaşma kiçik və orta biznes subyektlərinin rəqəmsal mühitdə görünürlüğünün artırılması, brend dəyərinin gücləndirilməsi və müasir istehlakçı tələblərinə uyğunlaşması baxımından əhəmiyyətlidir.

00003. 

Proqramın əsas üstünlüklərindən biri isə inklüzivliyin və məhsul məlumatlarına bərabər çıxış imkanlarının dəstəklənməsidir. Məhsulların üzərindəki etiketlərdə məlumatların kiçik şriftlərlə verilməsi bir çox istehlakçı üçün çətinlik yaradır. Xüsusilə görmə məhdudiyyətli şəxslər, yaşlı insanlar və digər istehlakçılar məhsulun tərkibi, xüsusiyyətləri və faydaları haqqında məlumatları oxumaqda çətinlik çəkə bilirlər. Bu isə onların məlumatlı seçim etməsinə mane olur və bəzən məhsul almaqdan imtina etmələri ilə nəticələnir.

“Brand Story” tətbiqi məhsullar haqqında məlumatların daha rahat əldə edilməsinə şərait yaratmaqla bu maneələrin azaldılmasına dəstək olmağı hədəfləyir. Beləliklə, proqram yalnız biznesin rəqəmsallaşmasına deyil, eyni zamanda istehlakçıların məlumatlı qərar verməsinə, xidmətlərdən daha rahat yararlanmasına və inklüziv istehlak mühitinin formalaşmasına da töhfə verir.


İnnovasiya qadın sahibkarların rəqabət imkanlarını genişləndirir

Layihənin əhəmiyyətini şərh edən “Müasir Qadın və Cəmiyyət” İctimai Birliyinin və İnnovasiya Mərkəzinin sədri Fidan Kazımova bildirib ki, müasir dövrdə elm və texnologiyanın sürətli inkişafı biznesin fəaliyyət prinsiplərini də dəyişir: “Bu gün dünyada rəqəmsallaşma və innovasiya sürətlə inkişaf edir. İstehlakçıların gözləntiləri dəyişir, məhsul və xidmətlərin təqdimatında ənənəvi üsullar artıq əvvəlki qədər effektiv olmaya bilər. Sahibkarların müasir dövrün tələblərinə uyğunlaşması, innovativ texnologiyalardan istifadə etməsi və öz məhsullarını düzgün təqdim etməsi onların rəqabət qabiliyyətinin artırılması üçün mühüm əhəmiyyət daşıyır.

‘Qadınların iqtisadi fəallığının artırılmasına dəstək’ layihəsi qadın sahibkarların bu imkanlardan yararlanmasına, bizneslərini daha müasir üsullarla inkişaf etdirməsinə və istehlakçılarla daha effektiv əlaqə qurmasına dəstək olmaq məqsədi daşıyır.

Layihə çərçivəsində hazırlanan ‘Brand Story’ proqramı sahibkarlarla istehlakçılar arasında daha əlçatan və effektiv kommunikasiya qurmaq üçün yeni imkanlar yaradır. Xüsusilə məhsul haqqında məlumatların daha rahat əldə edilməsi, istehlakçıların seçim imkanlarının genişləndirilməsi və inklüzivliyin təşviqi baxımından bu tətbiqin əhəmiyyətini yüksək qiymətləndiririk. İnanırıq ki, innovativ yanaşmaların tətbiqi qadın sahibkarların biznes fəaliyyətinin inkişafına, məhsul və xidmətlərinin daha geniş auditoriyaya tanıdılmasına, eləcə də ölkəmizdə rəqəmsal sahibkarlıq mühitinin güclənməsinə töhfə verəcək”.

Layihənin nəticələri qadın sahibkarların innovativ həllərə çıxışının genişləndirilməsi, onların məhsul və xidmətlərinin rəqəmsal mühitdə təqdim olunması, marketinq və brendləşmə imkanlarının gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.

“Brand Story” proqramı vasitəsilə məhsul və xidmətlər haqqında məlumatların əlçatanlığının artırılması həm sahibkarlar, həm də istehlakçılar üçün daha rahat kommunikasiya mühiti formalaşdırmağa yönəlib. Eyni zamanda, innovativ marketinq və PR dəstəyi qadın sahibkarların öz brendlərini daha effektiv tanıtmasına, müştərilərlə etibarlı münasibətlər qurmasına və bazarda mövqelərini gücləndirməsinə imkan yaradır.

“Müasir Qadın və Cəmiyyət” İctimai Birliyi qadınların iqtisadi fəallığının artırılması, sahibkarlıq fəaliyyətində innovasiyaların təşviqi və inklüziv rəqəmsal imkanların genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Layihə qadın sahibkarların müasir texnologiyalara çıxışının dəstəklənməsi və onların iqtisadi inkişaf prosesində iştirak imkanlarının genişləndirilməsi baxımından mühüm təşəbbüslərdən biridir.

Layihə Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.





Baxış sayı: 300
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30