BMT AQEM ilə uzun illərdir əməkdaşlıq edir. AQEM-in tam səlahiyyətli regional təşkilata çevrilməsi səylərini dəstəkləyirik. Mövcud çağırışların aradan qaldırılmasında da bu təşkilat öz rolunu oynayacaq.
Fact-info.az xəbər verir ki, bunu BMT Baş katibinin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi və BMT-nin Mərkəzi Asiya üzrə Preventiv Diplomatiya üzrə Regional Mərkəzinin rəhbəri Kaxa İmnadze Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, dünya hazırda münaqişələrdən əziyyət çəkir. Bu dövrdə AQEM-in oynayacağı rol böyükdür.
Kaxa İmnadze qeyd edib ki, rəqəmsallaşma sahəsində bir çox uğurlar əldə olunub. Amma süni intellektin sürətlə inkişaf etdiyi, yayıldığı bir dövrdə əmin olmalıyıq ki, texnologiya gələcəyimizə işıq salsın. Dayanıqlı inkişaf üçün boşluqların aradan qaldırılmasına çox böyük ehtiyac var. Dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi üçün inkişaf etmiş dövlətlər digər dövlətlərə yardım göstərməlidir.
Baxış sayı: 105
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
