Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.
Fact-info.az xəbər verir ki, Prezident İlham Əliyev Qətər Dövlətinin Əmirinə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirakına görə minnətdarlığını ifadə edərək, bu tədbirin üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirdi.
Qəbula görə dövlətimizin başçısına təşəkkür edən Qətərin Əmiri Şeyx Təmim bin Həməd Al Tani AQEM-in Zirvə Görüşünün yüksək səviyyədə təşkil edildiyini vurğuladı və ölkəmizin beynəlxalq tədbirləri uğurla keçirməklə bağlı zəngin təcrübəsinin olduğunu dedi.
Qətər Əmiri Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını vurğuladı.
Azərbaycan Prezidenti və Qətərin Əmiri ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluqlarını bildirdilər, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi apardılar, hökumətlərarası komissiyanın fəaliyyətinə toxundular.
Baxış sayı: 105
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
